İnsanlara hürriyət, millətlərə istiqlal!

Vasif Talıbov maşınlarını villasından TƏCİLİ daşıtdırdı, Ali Məclis ləğv olunur... - Bədrəddin Quliyevlə CANLI

2453 30.12.2022 15:53 Gündəm A A

Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin sabiq sədri Vasif Talıbovun retro maşın kolleksiyası olması çoxlarına bəllidir.

“Qafqazinfo” xəbər verir ki, Vasif Talıbov vəzifədən istefa verdikdən sonra bu maşınların yerini dəyişmək qərarına gəlib. Belə ki, sözügedən retro maşınlar kolleksiyasına daxil olan avtomobillər bir neçə gün öncə Vasif Talıbova məxsus Bakının Atatürk prospektində yerləşən villadan təcili daşınıb.

Bunun üçün onun evinin önünə bir neçə evakuator da cəlb olunub. Hazırda sözügedən maşınların “Gəmiqaya Holdinq”in ərazisinə gətirilməsi ilə bağlı iddialar var.

Qeyd edək ki, Vasif Talıbov istefa verdikdən sonra ona məxsus “Nəşqicahan” holdinqin tərkibindəki bir sıra ticarət obyektlərindəki mallar endirim adı ilə dəyər-dəyməzinə satılıb.

Bundan başqa, Talıbovun Naxçıvanda yerləşən fermasında olan mal-qaranın da təcili kəsilərək satışa çıxarıldığı gələn xəbərlər arasındadır.

TVMusavat-ın saat 16:00-da “Həftə içi” verilişində Cümhuriyyət Xalq Partiyasının sədri Bədrəddin Quliyevlə Naxçıvan proseslərini və ilin yekunlarını dəyərləndiririk.

Müzakirədə tamaşaçılarımız da iştirak edə bilər.

Youtube səhifəsinin ünvanı:

https://www.youtube.com/user/TVmusavat


Facebook səhifəsinin ünvanı:

https://www.facebook.com/tvmusavat

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR