İnsanlara hürriyət, millətlərə istiqlal!

Vardanyana Xankəndidən çıxmağa onlar imkan vermirlər

1728 27.01.2023 09:43 Siyasət A A

Paşinyanın adamları milyarderin İrəvana gəlib orada müxalifət lideri olmasını istəmirlər

Xankəndidəki separatçı rejimin “dövlət naziri” Ruben Vardanyana qarşı bir neçə müxalifət formalaşıb. Bu barədə “Hraparak” qəzeti öz mənbələrinə istinadən məlumat yayıb. “Müxalif qrupların öz motivləri var. Onların bəziləri Ermənistan səlahiyyətliləri tərəfindən idarə olunur və maliyyələşdirilir. Onlar Paşinyanın hakimiyyətinə təhlükə yarada biləcək Vardanyanın Xankəndidən İrəvana köçməsinin qarşısını almaq üçün hər şeyi edəcəklər”, - mənbə bildirib.

Qeyd olunub ki, Vardanyandan narazıların daha bir qrupu dövlət aparatının keçmiş nümayəndələridir: “Ruben Vardanyan onların hamısının "işlərinin" öyrənilməsini tapşırıb və cinayət işlərinin əsasını təşkil edə biləcək çoxlu ifşalar əldə edilib. Ona qarşı çıxanların digər qrupu isə müxtəlif təşkilatları təmsil edənlər və Vardanyanın gəlişi ilə işini, gəlirini itirəcək olanlardır".

Bu versiya kifayət qədər inandırıcıdır. Çünki hələ əvvəldən də deyilirdi ki, Vardanyanın Xankəndinə yerləşməsi müvəqqətidir, onu Rusiya Ermənistanda Nikol Paşinyanın yerinə hazırlayır. Xankəndidə “reytinq” yığmaq üçün gələn Vardanyan isə burada gözləmədiyi tələyə düşdü və Laçın yolunda aksiyanın başlaması ilə milyarderin olub-qalan nüfuzu yerlə bir oldu. İndi də Bakının tələbi ilə Vardanyanın Xankəndidən çıxmasını əngəlləyirlər ki, Ermənistana gəlib orada müxalifətin lideri olmasın.

Partiya sədri prezidentin çağırışına qoşuldu -Fuad Əliyev qeydiyyatdan keçdi

 Fuad Əliye

ALDP rəhbəri Fuad Əliyev indiyə qədər deyilənlərin tam əksini düşünür. Onun sözlərinə görə, Putin heç də Vardanyanı dəstəkləmir: “Hesab edirəm ki, Vardanyan aldanıb. O fikirləşdi ki, Rusiya vətəndaşlığından çıxsa, onda öz var-dövlətini qoruya bilər, adı sanksiya siyahılarına düşməyəcək. Vardanyan düşünürdü ki, Xankəndidə rahat oturacaq, Qızılbulaq qızıl yatağını və Dəmirli mis-molibden yatağını istədiyi kimi istismar edəcək. Qalib kimi Ermənistana gəlib hakimiyyəti götürəcək.  Azərbaycanlı ekoloqların dinc aksiyası bunun istəyini darmadağın etdi. İndi Vardanyan çıxış yolu axtarır. Deməzdim ki, rəsmi Moskva onu Xankəndinə göndərib, sonra da Ermənistanda hakimiyyətə gətirəcək. Bu, Rusiya siyasi elitasında bəzi ermənipərəst qüvvələrin istəyi ola bilər. İnanmıram ki, bu Putinin "planıdır". Vardanyan indi Putindən dəstək almaq istəyir. Bu da alınmır. Onun Qərbdən də dəstəyi yoxdur. Vardanyanın reytinqi çox azdır. Baxın, Xankəndidə mitinqə adamları hətta pulnan belə yığa bilmir. İnanmıram ki, belə bir vəziyyətdə Vardanyan nə Xankəndidə, nə də ki, Ermənistanda lider ola bilər".

İndi o dövr deyil...” – Əli Orucov İsa Qəmbərin siyasətə dönüşündən danışdı  Yeni Sabah

Əli Orucov 

AMİP liderinin köməkçisi, politoloq Əli Orucov hesab edir ki, Vardanyanın üzərində qurulan planlar iflasa uğrayıb: “Ruben Vardanyanın Rusiyanın layihəsi olduğu hər kəsə məlumdur. Hərgah Rusiya bu gerçəyi cidd-cəhdlə inkar etməyə çalışsa da, Vardayan-Kreml əməkdaşlığını ört-basdır etmək mümkün deyil. Heç bir ölkənin vətəndaşı olmayan birisinin Rusiyanın müvəqqəti nəzarət bölgəsində özünü sərbəst aparması, qondarma dövlət naziri elan etməsi sıradan yanaşılacaq bir məsələ deyil. Bir neçə gün öncə xarici TV-lərin birinə verdiyi müsahibəsində Vardanyan özünü tam ifşa edərək Rusiyanın aləti olduğunu bir daha göstərdi. Onu Xankəndinə gətirməkdə məqsəd 44 günlük müharibədən sonra ruhən də məhv olmuş separatizmi dirçəltmək, RSK-nın müvəqqəti nəzarətində yaşayan erməniləri dirçəltmək və erməni cəmiyyətini öz maraqlarına kökləmək idi. Rusiya Qarabağda məskunlaşan ermənilərə tam etibar etməyərək Azərbaycanla uzlaşacağından ehtiyatlanır. Bu isə Moskvanın planlarına uyğun deyil. Lakin Azərbaycan tərəfi qısa zamanda Vardanyanın kimliyini və nə məqsədlə Xankəndinə göndərilməsini beynəlxalq aləmə tanınması və Prezident İlham Əliyevin onunla heç bir danışıqlara gedilməyəcəyini deməsindən sonra rəsmi Moskva projesini dəyişmək məcburiyyətində qaldı. Onun Xankəndidə mövcudluğu nəinki ermənilərin, hətta Rusiyanın da işlərini tərsinə çevirməkdədir. Odur ki, Xankəndidə Vardanyan üzərində qurulan planlar iflasa uğradığından onun İrəvana göndərilməsi məsələsi gündəmə gətirilib. Amma bu dəfə yüksək reytinqli şəxs kimi deyil, qovulmuş təxribatçı kimi. Paşinyan və komandası yaxşı anlayır ki, Vardanyan Moskvanın adamıdır və onu təzyiq altında saxlamaq üçün bir vasitədir. Təsadüfi deyil ki, Paşinyan onu dolayısı da olsa təxribatçı adlandırıb. Həqiqətən də bu təxribatçıdan bir qədər fərqli düşünən və münaqişədən qaçmağa çalışan bəzi yetkililər onun hədəfindədir. Korrupsiya və çirkli pulların yuyulmasında adı keçən, cinayətkar yolla milyardlar qazanan şəxsin başqalarını günahlandırması absurddur. Erməni cəmiyyətinin ona münasibəti də birmənalı deyil. Çoxluq onu rüşvətxor və korrupsioner adlandırır. Məncə, Vardanyan bir fiqur kimi artıq bitib. Onu Laçın dəhlizində ekofəallar qısa müddətdə bitirdilər. Onun bir yolu qalır, o da gəldiyi ölkəyə geri qayıtmaq”.

Rusiya-Ukrayna savaşında yeni MƏRHƏLƏ - AÇIQLAMA

Züriyə Qarayeva

Politoloq Züriyə Qarayeva fərqli düşünmür. O da hesab edir ki, Vardanyan planı alınmayıb: “Əslində Laçın yolundakı etirazların əsas siyasi nəticələrindən biri Rusiyanın planlarını pozmaq oldu. Bakının bu istiqamətdə uğurlu strategiya yürütdüyü erməni separatçıları arasında kommunikasiyanın pozulmasından, intriqanın güclənməsindən də bəllidir. Paşinyan, Arutyunyan və Vardanyan arasında qopuqluq Qarabağ ermənilərinin reinteqrasiyası baxımından uğurlu strategiya hesab oluna bilər. Vardanyan anlaşılandır ki, Rusiyanın adamıdır və məqsəd Qarabağdan böyükdür. Moskva Vardanyan vasitəsilə Paşinyanı əvəz etmək və onu Ermənistan siyasətinə daxil etməyə çalışır. İndiki vəziyyətdə isə ekoaktivistlərin etirazları və separatçıların mövcud olduğu bölgədə əhalinin qıtlıqla üzləşməsi həm terrorçuların, həm də Rusiyanın planlarını alt-üst edir. Bu durumda Bakı ilə İrəvanın uzlaşma ehtimalı artır. Üstəlik, Vardanyanla bağlı Moskvanın planları suya düşmüş olur”.

Cavanşir ABBASLI,
“Yeni Müsavat”

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR