İnsanlara hürriyət, millətlərə istiqlal!

Vardanyan onu saymayan erməniləri təhdid etdi

1529 18.12.2022 11:00 Region A A

Qarabağdakı oyuncaq qurumun saxta “dövlət naziri” Ruben Vardanyan çıxılmaz vəziyyətdə olduğunu ört-basdır etməyə çalışır.

Musavat.com erməni mediasına istinadən bildirir ki, o, Facebook-dakı şəxsi səhifəsində mövcud vəziyyətlə bağlı canlı yayıma çıxıb.

“Ümumilikdə vəziyyət normaldır, işimizi davam etdiririk. Əlbəttə, problemlər var, lakin biz bütün məsələləri operativ şəkildə həll etməyə çalışırıq”, - Vardanyan özünə təskinlik verməyə, təşvişdə olan erməniləri sakitləşdirməyə çalışıb.

R.Vardanyanın sözlərinə görə, indiki vəziyyətdə onlar da mövcud boşluqları və çatışmazlıqları, problemləri müəyyən edirlər. Avantürist Vardanyan onun dediklərini ciddiyə almayanları təhdid edib. O qeyd edib ki, prioritet problemlərlə yanaşı, vəziyyət şəraitində qəbul edilmiş “qanunlara” əməl etməyən, öz vəzifələrini düzgün yerinə yetirməyən və ya vəziyyətdən öz maraqları üçün sui-istifadə edən şəxslərin adlarını da dərc edəcək. Onun sözlərinə görə, heç kim üçün istisna olmayacaq.

Bu fakt Vardanyanla Qarabağdakı separatçı qurum, Araik Arutyunyan və Vitaliy Balasanyan arasında ciddi nifaqın olduğunu ortaya çıxarır.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR