İnsanlara hürriyət, millətlərə istiqlal!

Vardanyan “havalandı”-indi də Xankəndi hava limanından danışır

1203 05.01.2023 14:12 Region A A

 

Qarabağda cinayətkar fəaliyyətini davam etdirən Ruben Vardanyan bu dəfə “havalı” açıqlama verib.

Musavat.com erməni mediasına istinadən bildirir ki, separatçıların başçısı bu dəfə başından böyük danışaraq Xankəndi hava limanının açılması zərurətindən danışıb.

“Biz əminik ki, hava dəhlizinin açılması vəziyyəti həqiqətən də köklü şəkildə dəyişə biləcək qərardır”- Vardanyan Ermənistan mediasına deyib. Onun sözlərinə görə, Xankəndi hava limanı orta ölçülü təyyarələri qəbul etməyə hazırdır. “Bu, daha çox siyasi məsələdir. Beynəlxalq təşkilatların, Avropa ölkələrinin və ABŞ-ın təzyiqləri böyük əhəmiyyət kəsb edəcək. Bu vəziyyətdə qış aylarında normal şəraitdə yaşamağa imkan verəcək yeganə çıxış yolu hava körpüsünün açılmasının mümkünlüyüdür”, - R.Vardanyan bildirib.

P.S.Görünür pulu çox olsa da, siyasətdə naşı olan Vardanyan Serj Sərkisyanın hələ prezidentliyi dövründə dilə gətirdiyi “Xankəndi hava limanına enəcək təyyarənin ilk sərnişini olacağam”,- arzusunun gözündə qalmasından bixəbərdir.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR