İnsanlara hürriyət, millətlərə istiqlal!

Vardan Oskanyanın oğluna cinayət işi açıldı

388 20.04.2023 13:22 Son xəbər A A

Ermənistanın İstintaq Komitəsi keçmiş xarici işlər naziri Vardan Oskanyanın oğluna qarşı cinayət işi açıb.
AzVision.az xəbər verir ki, bu barədə “Joqovurd” qəzeti məlumat yayıb. Nəşr yazır ki, Vardanın oğlu Ara Oskanyan dələduzluqda şübhəli bilinir.

Qəzetin məlumatına görə, balaca Oskanyan üzərinə həbs qoyulmuş əmlakını satıb. Keçmiş nazirin oğlunun qanun pozuntusu ilə gündəmə gəlməsi birinci dəfə deyil. Hələ 2017-ci ildə Ara Oskanyan və Hrant Seradaryan bir vətəndaşı borclarını ödəməyə məcbur etmək üçün oğurlamaqda şübhəli bilinərək saxlanılmışdılar.

Qeyd edək ki, bu ilk hal deyil ki, keçmiş nazirin oğlu qanun pozuntusu ilə gündəmə gəlir. Hələ 2017-ci ildə Ara Oskanyan və Hrant Seradaryan bir vətəndaşı borclarını ödəməyə məcbur etmək üçün oğurlamaqda şübhəli bilinərək saxlanılmışdılar. Maraqlıdır ki, sonradan cinayət işi bağlanıb.

Bir məqamı da qeyd edək ki, Oskanyan son zamanlar baş nazir Nikol Paşinyanın Qarabağla bağlı son bəyanat və davranışlarını tənqid edirdi.

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR