İnsanlara hürriyət, millətlərə istiqlal!

"Vaqif Xaçatryan 5 nəfəri məktəbdə diri-diri yandırdı"

1202 18.10.2023 12:02 Kriminal A A

Yasamal Rayon Məhkəməsində Xocalının Meşəli kəndində azərbaycanlılara qarşı soyqırım törətməkdə təqsirləndirilən erməni Vaqif Xaçatryanın cinayət işi üzrə növbəti məhkəmə prosesində zərərçəkmiş Fazil Hacıyev dindirilib.

Musavat.com xəbər verir ki, Fazil Hacıyev Xaçatryanın insanları diri-diri yandırdığını deyib:

"Meşəli kəndinə divan tutan ən vəhşi insan Vaqif Xaçatryan idi. O, onlarla adamı diri-diri yandırıb.

Dekabrın 23-də kəndi atəşə tutdular. Məktəbdə 5 nəfəri otağa yığıb diri-diri yandırdı. Bu mənim gözümün önündə baş verdi. Küçədə neçə nəfəri yandırdılar. Küllərini yığıb təxmini adlandırdıq, bilmədik kimin meyitidir".

Zərərçəkmiş həmçinin bildirib ki, Vaqif Xaçatryan Xocalıya gedən təcili yardımda olan xəstəni də öldürüb.

Xalidə Gəray
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR