İnsanlara hürriyət, millətlərə istiqlal!

Valideynlərini amansızlıqla öldürüb videomüraciət yaydı: “Uşaqlıq arzusu mütləq həyata keçməlidir” - VİDEO

1346 19.09.2022 18:35 Hadisə A A

“Mənim adım Dimadır. Mən bu gün atamı qətlə yetirmişəm. O, uşaqlıqdan məni qısnayıb, döyüb, boyun və döş fəqərələrimi zədələyib”.

Bu sözləri Türkiyədə beşulduzlu oteldə çəkicdən istifadə edərək valideynlərini qətlə yetirən Dmitri Stepanov deyib.

O, cinayəti törədəndən sonra özünü kameraya çəkərək qətli hansı səbəblərdən həyata keçirdiyini nəql edib.

“Marixuanadan istifadə edib evə gəldiyimə görə atam məni döyərək qulaq pərdəmi zədələyib. Hər şey isə nənəm tərəfindən mənim fövqəladə bir gücə sahib olduğumu aşkar edəndən sonra baş verdi. Onlar bu gücü mənim əlimdən almağa çalışırdılar”.

Dmitri iddia edib ki, o, törətdiyi qətllə valideynləri tərəfindən məcburi psixiatriya xəstəxanasına yerləşdirilməsinin qisasını alıb.

“Onu öldürmək mənim uşaqlıq arzum idi və o həyata keçdi. Uşaqlıq arzuları isə mütləq həyata keçməlidir”, - deyə Dmitri vurğulayıb.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR