İnsanlara hürriyət, millətlərə istiqlal!

“Vahid Rusiya” öz deputatlarının azadlığını əlindən alır

410 28.12.2022 16:50 Region A A

“Vahid Rusiya” partiyası onu Dövlət Dumasında təmsil edən deputatlar üçün ictimai mövqeləndirmə kodeksi hazırlayıb.

Musavat.com xəbər verir ki, bu barədə partiya tərəfindən xüsusi sənəd yayımlanıb.

Kodeks 11 bənddən ibarətdir. Burada “Vahid Rusiya”nın deputatlarından sosial şəbəkələrdə “qeyri-adekvat vəziyyətdə” yazı yazmamaq, emosiyalarını cilovlamaq, nalayiq söz və jarqonlardan istifadə etməmək, dəbdəbəli malların, restoranların və ekzotik səyahətlərin fotolarını yerləşdirməmək xahiş olunur. Partiya üzvlərinə həmçinin sosial şəbəkələrdə reaksiyalar və şərhlərdə tələsməmək, əvvəlcədən təlimat olmadan və Rusiya Xarici İşlər Nazirliyinin mövqeyi dərc olunmazdan əvvəl beynəlxalq gündəmi və digər ölkələrdəki münaqişələri şərh etməmək tövsiyə olunur.

“Unutmayın ki, şəxsən sizinlə bağlı fikirlər bütün hakimiyyət və partiya haqqında rəyi formalaşdırır”, - deyə sənədin bəndlərindən birində qeyd olunub.

Kodeksdə hətta “Bunu etmək olmaz!” bölməsi var və orada deputatların uğursuz statuslarından nümunələr gətirilir. Bunlardan biri də “Vahid Rusiya”nın deputatı Biysultan Həmzəyevin 2022-ci ilin yanvarında Qazaxıstandakı etiraz aksiyaları zamanı dərc etdiyi yazıdır. Həmin statusda o, Qazaxıstana “tarixi Vətən – Rusiya ilə birləşmək haqqında” referendum keçirilməsini təklif edibmiş. Deputatın bu yazısı qonşu ölkədə ən yüksək səviyyədə təpkiyə səbəb olmuşdu.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR