İnsanlara hürriyət, millətlərə istiqlal!

Vahid Hacıyev: “Zəngəzur dəhlizinin Azərbaycan hissəsində avtomobil yolunun 70 faizi tamamlanıb”

441 18.12.2022 15:09 Gündəm A A

Zəngəzur dəhlizinin Azərbaycan hissəsində avtomobil yolunun 70 faizi tamamlanıb.

"APA-Economics" xəbər verir ki, bunu Səudiyyə Ərəbistanı Krallığının investisiya naziri Xalid ibn Əbdül Əziz Əl-Falehin başçılıq etdiyi nümayəndə heyətinin Zəngilanan səfəri çərçivəsində keçirilən tədbirdə Prezidentin Zəngilan rayonundakı xüsusi nümayəndəsi Vahid Hacıyev deyib.

O bildirib ki, Şərq və Qərb ölkələrini birləşdirə biləcək Zəngəzur dəhlizinin tərkib hissəsi olan dəmir yolu və avtomobil yollarında tikinti prosesi davam edir.

"Şərqi Zəngəzurun yenidən qurulması prosesində bizim kifayət qədər çətinliklərimiz olsa da, eyni zamanda böyük imkanlar da var. Böyük problemlərdən biri minalardan təmizləmə və təhlükəsizliklə bağlı idi. Şəhər və kəndlərdə dayanıqlığa nail olmaq üçün təhlükəsizliyin, sabitliyin və əmin-amanlığın təmin edilməsi birinci prioritetdir. Yenidənqurma işlərinə və məcburi köçkünlərin evlərinə təhlükəsiz şəraitdə qayıtmasına əsas maneələrdən biri işğaldan azad edilmiş ərazilərin mina və digər partlayıcı qurğularla kütləvi şəkildə çirklənməsi idi. Hazırda Şərqi Zəngəzurun minalardan təmizlənməsi prosesi davam edir" - Vahid Hacıyev əlavə edib.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR