İnsanlara hürriyət, millətlərə istiqlal!

Uzun və dərin qlobal iqtisadi böhrana hazır olmaq lazımdır - Ekspertdən XƏBƏRDARLIQ

1368 24.06.2022 09:55 İqtisadiyyat A A

Yüksək enerji və qida qiymətləri qlobal iqtisadiyyatı uzun müddət çıxa bilməyəcəyi dalana aparır.

Musavat.com xəbər verir ki, iqtisadçı-ekspert Rövşən Ağayev bu fikirdədir. Onun sözlərinə görə, dünya iqtisadiyyatının hazırkı yüksək enerji qiymətlərinə dözüm limiti çox azdır.

Ekspert bildirir ki, bazarda qiymətləri düşürəcək alternativ təklif yoxdursa, hazırkı yüksək inflyasiyanın yaradacağı tələb böhranı qiymətləri aşağı çəkəcək:

“Bu arada Beynəlxaql Energetika Agentliyinin rəhbəri Fatih Birol qlobal enerji təchizatı ilə bağlı maraqlı açıqlamalarla çıxış edib. O, Avropa üçün əsas təhdid kimi Rusiyanın qaz ixracını qəfil dayandıra biləcəyini deyib. Başqa bir təhdid kimi iqlim dəyişikliyi hədəfindən kənarlaşmaq baxımından kömürə tələbatın kəskin artmasını göstərib.

Birol alternativ enerji sərmayələrinin də görünməmiş həddə yüksəldiyini deyib. O, 2022-ci ildə təmiz enerjiyə sərmayələrin artımının 12 faiz təşkil edəcəyini və bu artımın əvvəllər heç olmadığını qeyd edib.

Günəş və külək enerjisi ilə yanaşı, enerji səmərəliliyi layihələrinə sərmayələr də böyük templə artır. Təkcə ABŞ-da batareya və akkumulyatorlara qoyulan investisiyalar 2 dəfə yüksəlib. Birol elektrik avtomobillərinin sürətlə artdığını da qeyd edib. Onun məlumatına görə, 2019-cu ildə dünyada satılan hər 100 avtomobildən 2-si elektriklə işləyən avtomobillər olub. Bu il gözlənti 100 avtomobildən 15-nin elektrikli avtomobil olacağı artıq realdır.

Yeri gəlmişkən, ABŞ Federal Ehtiyatlar Sisteminin rəhbəri Cerom Pouell də təkcə ABŞ üçün deyil, bütün dünya üçün qlobal inflyasiyanın ciddi və uzunmüddətli problemə çevriləcəyindən narahatlığını dilə gətirib. O, yüksək inflyasiyanın yaratdığı problemlərin əmək bazarına sıçramaqla işsizliyi yüksəldə biləcəyindən narahatlığını gizlətməyib.

Bütün hallarda uzun və dərin qlobal iqtisadi böhrana hazır olmaq lazımdır - həm psixoloji, həm də resurslardan daha səmərli istifadəyə hazırlıq baxımından”.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR