İnsanlara hürriyət, millətlərə istiqlal!

Üstünə qapı dirəyi aşan 8 yaşlı uşaq ÖLDÜ

986 11.12.2022 02:02 Hadisə A A

Türkiyədə 3 gün öncə məşq etməzdən əvvəl üstünə qapı dirəyi düşən 8 yaşlı uşaq reanimasiyada vəfat edib.

Musavat.com xəbər ki, sözügedən hadisə Türkiyənin Rize şəhərində baş verib. 

Hadisə dekabrın 7-də Rizedə “Çaykur Rizespor” futbol klubunun stadionunda baş verib. “Çaykur Rizespor”un 8-10 yaş arası komandasında yer alan 8 yaşlı Y.D. məşqdən əvvəl dostları ilə vaxt keçirərkən qapı dirəyindən asılması nəticəsində dirək üstünə aşıb.

Hadisə yerinə çağırılan təcili yardım qrupu balaca futbolçunu Rəcəb Tayyib Ərdoğan Universiteti Təhsil və Araşdırma Xəstəxanasına çatıdırıb. 3 gün reanimasiyada qalan balaca idmançı apartdığı həyat mübarizəsindən sonra həyatını itirib.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR