İnsanlara hürriyət, millətlərə istiqlal!

ÜST-nin baş direktorundan Bakıda MÜHÜM ÇIXIŞ

576 14.03.2024 11:13 Son xəbər A A

Pandemiyanın təsirləri səhiyyə sistemlərini iflic etdi. Səhv informasiya axını səbəbindən dövlətlər və hökumətlər arasında inam sarsıldı.

Bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adhanom Qebreyesus (Tedros Adhanom Ghebreyesus) “Parçalanmış Dünyanın Bərpası” mövzusunda keçirilən XI Qlobal Bakı Forumunda çıxışı zamanı deyib.

“Bəs biz pandemiyanın səhvlərindən dərs çıxara biləcəyikmi? Hazırda ÜST-nin bütün üzv dövlətləri birgə saziş üzrə danışıqlar aparırlar ki, pandemiya zamanı çatışmayan məqamların aradan qaldırılması üçün baza yaransın”, - o əlavə edib.

ÜST-nin baş direktoru, həmçinin pandemiya dövründə Prezident İlham Əliyevin göstərdiyi səyləri alqışlayıb, Azərbaycan dövlətinə və xalqına təşəkkür edib./Report

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR