İnsanlara hürriyət, millətlərə istiqlal!

USAID Qarabağ ermənilərinə daha 1 milyon dollar ayırır

475 05.02.2024 12:47 Dünya A A

ABŞ Beynəlxalq İnkişaf Agentliyi (USAID) Dağlıq Qarabağı tərk etmiş ermənilərə 1 milyon dollar məbləğində əlavə dəstək verib.

Musavat.com Ermənistan mediasına istinadla xəbər verir ki, bu barədə Ermənistanın Əmək və Sosial Məsələlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Bu yardımla Dağlıq Qarabağı tərk etmiş (erməni mediası onları “məcburi köçkün” adlandırır) 19 300 nəfər USAİD-in maliyyələşdirdiyi sosial müdafiə, inklüzivlik və səlahiyyətlərin gücləndirilməsi proqramı çərçivəsində ilkin humanitar yardım alacaq. Təşəbbüs rəsmi olaraq yanvarın 31-də İrəvanda məcburi köçkünlərə ərzaq və gigiyena vasitələri təqdim edən tədbirlə başlayıb.

Proqram qaçqın ermənilərə isti geyim, qeyri-ərzaq malları və digər humanitar yardımlar göstərir. Dəstək 2023-cü ilin dekabrında başlayıb və altı ay davam edəcək. Yardımın coğrafiyası İrəvan, Ararat, Kotayk, Lori, Şirak, Sünik və Tavuş bölgələrini əhatə edir.

USAİD-in Ermənistandakı missiya direktorunun müavini vəzifəsini icra edən Metyu Laird qeyd edib ki, 2023-cü ilin sentyabr ayının sonundan USAID Qarabağ ermənilərinə dəstək üçün 9,27 milyon dollar ayırıb. Onun sözlərinə görə, vəsait “məcburi köçkünlərin zorakılıq və kütləvi köçkünlük nəticəsində yaranan əzabların öhdəsindən gəlməyə kömək etmək üçün” qida və psixososial dəstək verməkdən ötrü istifadə olunur.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR