İnsanlara hürriyət, millətlərə istiqlal!

Ukraynalı zabit: "Azərbaycanın ərazi bütövlüyünü bərpa etməsi bir nümunədir"

643 09.11.2023 18:20 Dünya A A

"Azərbaycan Ordusunun 2020-ci ildə İkinci Qarabağ müharibəsində qələbəsindən və 2023-cü ildəki lokal antiterror tədbirlərindən sonra Azərbaycanın ərazi bütövlüyü və suverenliyi bərpa olunub. Bununla Azərbaycan postsovet məkanında yeganə ölkədir ki, qələbə qazanaraq ərazi bütövlüyünü təmin edib".

Bunu "Report"un Şərqi Avropa bürosuna açıqlamasında hərbi-siyasi şərhçi, Ukrayna Silahlı Qüvvələrinin zabiti Taras Berezovets bildirib.

O, Azərbaycan Ordusunda həyata keçirilmiş islahatları da xüsusi vurğulayıb.

"Əlbəttə ki, bu qələbə uzun illər ərzində Silahlı Qüvvələrdə aparılan islahatlarsız mümkün olmazdı. Bu islahatlar ardıcıl şəkildə həyata keçirilib. Mən Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən ölkənizə dəvət olunmaq şərəfinə nail olmuşam. Nəticədə Azərbaycan Ordusunda həyata keçirilən islahatları gözlərimlə görmüşəm. Əslində, Azərbaycan Ukraynanın ərazi bütövlüyünü necə bərpa edəcəyinə də nümunədir. Ukrayna NATO standartlarına uyğun ordu yaratdıqdan sonra məhz belə hərbi qələbə qazanmalıdır. Ukraynanın strateji baxımdan dostu olan Azərbaycanın qələbəsi isə şübhəsiz, bizim üçün çox əla xəbərdir və bu münasibətlə hər kəsi təbrik edirəm", - deyə o əlavə edib.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR