İnsanlara hürriyət, millətlərə istiqlal!

Ukraynalı qadın övladları ilə birlikdə Azərbaycana sığınıb -VİDEO

1939 16.03.2022 13:43 Hadisə A A

Rusiyanın hərbi müdaxiləsi minlərlə ukraynalını öz doğma yurd- yuvasından didərgin salıb.Onların arasında ölkəmizə üz tutunlar da var.

Müharibənin dəhşətlərindən qorunmaq üçün övladları ilə birlikdə Bakıya gələn Anya Rozvadovskaya Qaradağ rayonunun Sahil Qəsəbəsində məskunlaşıb.

Hazırda rəfiqəsinin bibisinə məxsus evdə qalır. Anyanın rəfiqəsində koronavirus aşkarlandığından o,Türkiyədə qalıb.Buna görə də onun uşaqlarını da özü ilə gətirməyə məcbur olub.

Anya deyir ki, Ukraynada baş verənləri təsəvvür etmək mümkün deyil. Onun sözlərinə görə, Rusiya ordusu qohumlarının yaşadığı yeri mühasirəyə alıb.

Martın 4-də ölkəmizə gələn Anya Rozvadovskaya  bildirir ki, Azərbaycanda özünü rahat hiss edir. Burada gördüyü xoş münasibətdən məmnun qaldığını deyir.

Anya və övladlarının yeganə istəyi müharibənin dayanmasıdır. Onlar qısa zamanda yenidən öz ölkələrinə dönməyi arzulayırlar.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR