İnsanlara hürriyət, millətlərə istiqlal!

Ukraynalı keçmiş polis “müharibəyə son” deyərək intihara cəhd etdi - VİDEO

588 09.04.2023 15:27 Hadisə A A

İstanbulda yeraltı keçiddə intihara cəhd edən ukraynalı keçmiş polis Rusiya ilə Ukrayna arasında müharibənin dayandırılmasını tələb edib.

Musavat.com xəbər verir ki, Türkiyədən kömək istəyən, “Ukraynada müharibəyə yox” şüarı səsləndirən keçmiş polsi A.A.İ. təxminən 3 saat sonra intihar fikrindən daşınıb.

Ukraynalı keçmiş polis ilk öncə sosial şəbəkədə canlı yayım edərək şüarlar səsləndirib. Daha sonra polislərin hadisə yerinə gəldiyini görən A.A.İ., müdaxilə ediləcəyi təqdirdə yeraltı keçiddən yola  tullanacağını bildirib. Polis ətrafda təhlükəsizlik tədbirləri görərkən hadisə yerinə yanğınsöndürənlər və sağlamlıq qrupları göndərilib. Tunel hər iki istiqamətdən nəqliyyata bağlanıb. Yanğınsöndürmə briqadası ehtiyat tədbiri olaraq hava döşəyini açıb.

Yanğınsöndürənlərlə danışarkən diqqəti dağılan A.A.İ. polis və konsulluq əməkdaşlarının köməkliyi ilə yeraltı keçiddə xilas edilib. 3 saata yaxın intihara cəhd edən ukraynalı fəal ifadəsini almaq üçün polis bölməsinə aparılıb.

Musavat.com



Ukraynalı eski polis, Taksim'de 'Savaşı durdurun' diyerek intihar girişiminde bulundu

Ukraynalı eski polis, Taksim'de 'Savaşı durdurun' diyerek intihar girişiminde bulundu

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR