İnsanlara hürriyət, millətlərə istiqlal!

Ukraynada döyüşən rus hərbçilərlə bağlı SENSASİON FAKTLAR üzə çıxdı

1052 18.09.2023 14:33 Region A A

Rusiyada səfərbərliyin yeni dalğası qoşunlarda daha çox rotasiya və döyüş təcrübəsi olan (o cümlədən bir il əvvəl səfərbər edilmiş) insanların vətənlərinə qayıtması deməkdir.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, Rusiyada artıq həmin şəxsləri xüsusi nəzarətə götürməyə başlayıblar.

Bunun üçün müxtəlif bölgələrdən olan psixoloqlar məcburi şəkildə çağırılırlar.

Rusiyada bundan sonra müharibədən qayıdanlar tibbi yardım üçün xəstəxanaya və ya klinikaya getdikləri anda (nə olursa-olsun) yoxlanılmağa başlayacaqlar. Artıq əksər regionlarda psixoloqlar üçün treninqlər keçirilib. Yüzlərlə psixoloji kabinetlər təchiz olunub, 1,5 minə yaxın əlavə mütəxəssis işə götürülüb.

Layihəyə Bexterev (Sankt-Peterburq) və Serbski (Moskva) kimi aparıcı tibbi tədqiqat institutlarının psixiatrları nəzarət edir.

Proqramda Putinin qardaşı qızı Anna Tsivilyovanın rəhbərlik etdiyi “Vətən Müdafiəçiləri Fondu” da iştirak edir. Məhz bu fond bütün prosesə nəzarəti həyata keçirir.

“Tədqiqat zamanı məlum olub ki, Ukrayna ilə savaşa qatılanların çoxu geri qayıtmaq istəmir, bir çoxları şəxsən Putinə nifrətlərini gizlətmirlər”, - deyə psixoloqlardan biri bildirib.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR