İnsanlara hürriyət, millətlərə istiqlal!

Ukraynada bir ayda beş jurnalist öldürülüb, yeddisi yaralanıb FOTO SİYAHI

220 25.03.2022 16:37 Gündəm A A

Rusiya Federasiyasının hərbi əməliyyatları nəticəsində Ukraynada bir ay ərzində beş jurnalist öldürülüb, yeddisi yaralanıb, biri itkin düşüb. Kütləvi İnformasiya İnstitutunun məlumatına görə, Rusiya mediaya qarşı 148 cinayət törədib.

Bu barədə Ukrayna daxili işlər nazirinin müşaviri Anton Geraşşenko özünün “Telegram” hesabından məlumat verib.

O, Kiyevdə və paytaxt ətraflarında peşə vəzifələrini yerinə yetirərkən öldürülən jurnalistlərin siyahısını da təqdim edib:

- Yevgeni Sakun - LIVE telekanalının operatoru (martın 1-də Kiyevdə televiziya qülləsinə Rusiya tərəfindən raket hücumu zamanı həlak olub)

Brent Reno – “The New York Times” qəzetinin keçmiş müxbiri (martın 13-də rusiyalı hərbçilər tərəfindən blokpostda güllələnib)

Pyer Zakrjevski – “Fox News” telekanalının operatoru, İrlandiya vətəndaşı (martın 14-də Kiyev vilayətinin Qorenka kəndində Rusiya qoşunlarının artilleriya atəşi zamanı həlak olub)

Aleksandra Kuvşinova - “Fox News”un ərazidə konsultantı, jurnalist (martın 14-də Pyer Zakrjevski ilə birlikdə Kiyev vilayətinin Qorenka kəndində Rusiya qoşunları tərəfindən artilleriya atəşi zamanı həlak olub)

Oksana Baulina -  Rusiyanın “The Insider” qəzetinin jurnalisti (martın 23-də Kiyevdə Rusiyanın atəşi nəticəsində həlak olub).

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR