İnsanlara hürriyət, millətlərə istiqlal!

Ukrayna Rusiyanın Krımdakı son raketdaşıyıcısını məhv etdi

928 21.05.2024 22:30 Dünya A A

Ukrayna Silahlı Qüvvələriu Krımda Rusiyanın "Tsiklon" hərbi gəmisini məhv edib.

Musavat.com xəbər verir ki, bu məlumatı Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı rəsmən təsdiqləyib.

Qeyd olunur ki, gəmi mayın 19-na keçən gecə vurulub: “Yenilənmiş məlumata görə, mayın 19-na keçən gecə Ukrayna Müdafiə Qüvvələri Sevastopolda Rusiyanın “Project 22800 Cyclone” raket gəmisini vurub”.

Qeyd edək ki, mayın 19-na keçən gecə Krımda partlayışlar baş verib. Yarımada sakinləri internetdə “bir gəminin” vurulduğunu yazıblar. Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı günortadan sonra “Kovrovets” minaaxtaran gəmisinin məhv edildiyini bildirsə də, sonradan daha bir Rusiya gəmisinə dəyən ziyan barədə məlumat yayılıb.

Rusiyanın “Spy Dossier” teleqram kanalı “Tsiklon” raket gəmisinin Krımda vurula biləcəyini yazıb. Onun ATACMS raketləri ilə vurulduğu, gəminin özünün isə batdığı qeyd edilib.

Maraqlıdır ki, “Tsiklon” Rusiyanın Krımda saxladığı yeganə reaktiv daşıyıcısı idi - qalanları Novorossiyskə aparılıb.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR