İnsanlara hürriyət, millətlərə istiqlal!

Ukrayna Rusiyanın 3 neft emalı zavodunu vurdu - ŞOK PROQNOZ

2267 16.03.2024 18:18 Dünya A A

Ukrayna dronlarla Rusiya neft emalı sənayesinin strateji əhəmiyyətli daha 3 obyektinə hücum təşkil edib.

Musavat.com Ukrayna mətbuatına istinadən xəbər verir ki, dronların növbəti hədəfləri Samara vilayətində yerləşən, "Rosneft"ə məxsus Novokuybışevsk, Kuybışevsk və Sızran neftayırma zavodları olub.

3 müəssisədə il ərzində 25 milyon ton neft emal edilir ki, bu da Rusiyanın ümumi neft emalı gücünün 10 faizi deməkdir.

Qeyd edək ki, son 2 həftə ərzində Ukrayna Rusiyanın 6 neft emalı müəssisəsinə uğurlu dron hücumu təşkil edib.

Politoloq Şahin Cəfərli bildirir ki, Rusiya neftayırma müəssisələrinin 80 faizi ölkənin Avropa hissəsində (yəni Ukraynaya yaxın) yerləşir:

"Gedişat onu göstərir ki, bunların hamısı önümüzdəki aylarda sıradan çıxarılacaq. Nəticədə Rusiya benzin və dizel başda olmaqla, neft məhsullarının ixrac potensialından nəinki məhrum olacaq, hətta öz daxili tələbatını ödəməkdə çətinlik çəkəcək, bəlkə də idxala yönələcək. Bu, təbii ki, dünya bazarında neft məhsullarının qiymətinin artmasına da gətirib çıxaracaq".

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR