Tədqiqatçı M.T. Anderson 11 noyabr tarixli "Nоворossiysk" peyk görüntülərini təhlil edərək bildirib ki, Ukrayna hücumuna qədər zərbə endirilən ərazidə yeddi ədəd S-400 zenit-raket kompleksi mövcud olub.
Musavat.com xəbər verir ki, hələlik hücum nəticəsində onların neçə ədədinin məhv olduğu və ya zədələndiyi məlum deyil.
“‘Neptun’ raketləri ilə edilən hücum həm neft terminalına, həm də S-400 pusk qurğusuna təsir göstərdi. İndi "sonrakı" görüntüləri gözləyirik ki, nələr dəqiq hədəfə alınıb və S-400-lərin müdafiəsi nə dərəcədə təsirli olub, bunu görə bilək,” — deyə Anderson qeyd edir.
Monitorinq kanalı "Exilenova+" bildirir ki, əgər peyk görüntüləri zərbənin təsdiqini versə, bu, Rusiya hava hücumundan müdafiə sistemlərinə qarşı ən böyük kütləvi hücum hesab olunacaq.
Hücum həmçinin regiondakı hərbi balansı dəyişdirə və Rusiyanın strateji müdafiə imkanlarına ciddi zərbə vura bilər.
Musavat.com






