İnsanlara hürriyət, millətlərə istiqlal!

“Ukrayna milli komandasını cəbhəyə göndərin” tələbi

1056 18.06.2024 16:27 Dünya A A

Avropa çempionatının açılış matçında Ukrayna millisinin Rumıniya yığmasına 0:3 hesabı ilə uduzması hazırda müharibə edən və üstəlik, ön cəbhədə canlı qüvvəyə ehtiyacı olan ölkədə ciddi narazılıqla qarşılanıb.

Musavat.com xəbər verir ki, Ukraynadakı bu mövzuda qızğın müzakirələrlə bağlı Rusiyanın “Arqumentı i faktı”nəşri yazır.  

Bildirilir ki, heyətində “Çelsi”, “Real”, “Arsenal”, “Everton”, “Valensiya” və digər Avropa klublarının futbolçularının yer aldığı Ukrayna millisinin bu cür uduzması ciddi tənqidlərə tuş gəlib. Sosial şəbəkələrdə “məsuliyyətsiz futbolçuların”  cəzalandırılmasının vacibliyi vurğulanır. 

Снимок1-2.JPG (69 KB)

Rumınlarla oyun ərəfəsində Almaniyanın “Suddeutsche Zeitung” nəşri yazıb ki, müharibə edən ölkənin milli komandasının böyük əksəriyyəti  orduya cəlb edilməli olduğu halda onlara güzəşt edilir:

“Hazırkı Ukrayna millisinin demək olar ki, yarısı Avropa klublarında oynayır və buna görə də son dərəcə imtiyazlı vəziyyətdədi. Halbuki 18-60 yaş arası ukraynalı kişilərin hərbi vəziyyət dövründə ölkədən çıxması ümumiyyətlə qadağandır”.

Kiyev “Dinamo”sunun azarkeşləri isə milli komanda oyunçularının məğlubiyyətini hazırda qızğın döyüşlərin getdiyi Çasov Yar xarabalıqlarını ilə müqayisə edərək, “amma hər bir döyüşçü şəhərin müdafiəsində dayanır və həmişə futbolçulardan yüksəkdə olacaqlar” deyə, rəylər yazıblar. 

Rumıniya komandasına məğlubiyyətindən sonra futbolçuların hərbi komissralığın əməkdaşlarına təhvil verilməsi ilə bağlı tələblər də artıb. Çünki futbolçuların Ukrayna Silahlı Qüvvələrinin sıralarına cəlb olunmasında qeyri-adi heç nə yoxdur. Bəs, Ukrayna millisindən kimlər cəbhə zonasına göndərilə bilər?

Снимок-20.JPG (68 KB)

22 yaşlı qapıçı Anatoli Trubin, müdafiəçilər Efim Konople (24 yaş), Maksim Taloverov (23 yaş), İlya Zabarnı (21 yaş), yarımmüdafiəçilər Georgi Sudakov (21 yaş) və Vladimir Brajko (22 yaş), Mixail Mudrik (23 yaş), eləcə də 22 yaşlı hücumçu Vladislav Vanat. Digər bütün ukraynalı futbolçular, o cümlədən 50 yaşlı məşqçi Sergey Rebrov səfərbərlik üçün yaş meyarlarına cavab verir.

2023-cü ilin payızında Ukrayna İdman Nazirliyinin ölkəyə qayıtmaq tələbini  pozan idmançıların siyahısında milli komandada oynayan  Mudrik, Zabarnı, Trubin, həmçinin 26 yaşlı hücumçu Artyom Dovbikin adı vardı. Ukrayna millisinin heyətində Kiyev “Dinamo”sunun 6, “Şaxtyor”un 5, “Dnepr-1”in isə  1 futbolçusu yer alıb. “Onların hamısı “Ukrayna iqtisadiyyatının fəaliyyəti üçün kritik əhəmiyyətli təşkilatlar” kimi tanınan klublarda oynayırlar, o səbəbdən  səfərbərlikdən azaddırlar” deyə, nəşr yazır.     

Bu arada zarafatları ilə tanınan “Panorama” portalı  biabırçı hesabla uduzan ukraynalı futbolçuların “məktubunu” dərc edib:

“Belə şərtləri və ilk matçın məyusedici nəticələrini nəzərə alsaq, gələcəyimizi Ukraynada görmürük. 2010-cu il dünya çempionatından sonra heç kim KXDR milli futbol komandasını görməyib və biz geri dönsək, bu insanların taleyini təkrarlamaq riskini daşıyırıq”.

Musavat.com 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR