İnsanlara hürriyət, millətlərə istiqlal!

Ukrayna kəşfiyyatı ŞOK DETALLARI AÇIQLADI - Yaralı rus hərbçilərə....

3903 04.01.2024 16:56 Gündəm A A

"Kəşfiyyat məlumatlarına görə, ruslar şəxsi heyət arasında tibbi itki axınının öhdəsindən gələ bilmir."

Musavat.com UNİAN-a istinadən xəbər verir ki, bu barədə Ukrayna xüsusi xidmət orqanlarının yaydığı məlumatda bildirilir.

Məlumatda qeyd edilir ki, Ukraynanın işğal olunmuş şəhərlərində rusların öz məqsədləri üçün istifadə etdikləri mülki xəstəxanalar yaralı əsgər və zabitlərlə doludur. Bundan əlavə, tibb müəssisələrinin Rusiya Federasiyasının hərbi arsenalına verilməsi müsbət nəticələnməyib. Bu səbəbdən komandanlıq döyüşlərdə yüngül yarası olan hərçilərin müalicəsindən imtina edib.

Kəşfiyyat məlumatlarında bildirilir ki, hətta orta dərəcəli xəsarətlər almış rus hərbçilərə də məzuniyyət verilmir. Ağır yaralananlar isə texnika və mütəxəssis çatışmazlığı səbəbindən Rusiya Federasiyasına göndərilir. Buna nail olmaq da çox çətindir.

Ukrayna kəşfiyyatının yaydığı məlumatlarda o da qeyd edili ki, işğalçıların reabilitasiya ilə bağlı məzuniyyətləri kəskin problemə çevrilib. Bu da onunla əsaslandırılır ki, reablitasiyaya gedən hərbçilərin heç də hamısı geri qayıtmır. Buna görə də Rusiya komandanlığı məzuniyyətdən imtina edərək kütləvi fərariliyi dayandırmağa çalışır.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR