İnsanlara hürriyət, millətlərə istiqlal!

Ukrayna erməni şərabçılarına qarşı sanksiyalar tətbiq edəcək

536 01.07.2024 20:36 Dünya A A

Ukraynanın dövlət sanksiya siyasətinin həyata keçirilməsi üzrə idarələrarası işçi qrupu məhsulları Rusiyada satılan gürcü və erməni şərabçılarına qarşı sanksiyaların tətbiqi məsələsinə baxır.

Musavat.com Haqqin.az saytına istinadən bildirir ki, bu barədə Ukrayna mediası yazır.

Ukrayna şərab istehsalçılarını birləşdirən “Ukrvinprom” korporasiyası mayın sonunda Ukraynanın Təhlükəsizlik Xidmətinə (SBU) məhsulları həm Ukrayna, həm də Rusiya pərakəndə satış şəbəkələrində təqdim olunan bəzi gürcü və erməni şərabçılarına qarşı sanksiyaların tətbiqi tələbi göndərib. Məktubda 17 müəssisənin, o cümlədən məşhur "Ararat" və "Sarajişvili" brendlərinin və gürcü şərablarının “Askaneli Brothers” istehsalçılarının siyahısı göstərilir.

Onların 10 il müddətinə ticarət əməliyyatları aparmasına qadağa qoyulması, lisenziyalarının ləğvi və aktivlərinin dondurulması təklif edilir. “Təqdim olunan tədbirlər Ukrayna pərakəndə satış şəbəkələrinin sanksiyalar siyahısında olan müəssisələrin məhsullarını idxal edib Ukraynada satmasının qarşısını almaq üçün kifayət edəcək. Qərar dövlət sanksiya siyasətinin həyata keçirilməsi üzrə idarələrarası işçi qrupu tərəfindən təsdiq olunarsa, gömrük məhsulları ölkəyə buraxmayacaq”, - deyə “Ukrvinprom”un baş direktoru Vladimir Kuçerenko “Ekonomiçeskaya pravda”ya izahat verib.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR