İnsanlara hürriyət, millətlərə istiqlal!

Ukrayna büdcəsinə qumar biznesindən rekord həcmdə gəlir daxil olub

1605 03.01.2024 19:44 Dünya A A

2023-cü ildə qumar biznesindən Ukrayna büdcəsinə vergi daxilolmaları 10,4 milyard qrivna (272,5 milyon dollar) təşkil edib. Bu barədə Ali Radanın Maliyyə Komitəsinin rəhbəri Daniil Getmantsev məlumat verib.

Onun sözlərinə görə, 2022-ci il üçün bu sahədən büdcəyə cəmi 730 milyon qrivna (19,13 milyon dollar) daxil olmuşdu. Deputat bildirir ki, gəlirdəki artım qumar bazarını kölgədən çıxarmaq üçün aparılan kampaniyanın nəticəsidir.

Öz növbəsində, deputat Yaroslav Jeleznyak vurğulayıb ki, 2023-cü ildə büdcəyə qumar biznesindən 2021-ci ilə nisbətən 51 dəfə, 2022-ci ilə nisbətən isə 14 dəfə çox vergi gəliri daxil olub.

Ukraynada qumar biznesi 2020-ci ilin avqustunda leqallaşdırılıb. O vaxtdan bəri ölkə bu sahəni kölgədən çıxarmaq üçün mübarizə aparır. Ukrayna mediası qeyri-qanuni qumar müəssisələri şəbəkələrinin aşkarlanması barədə sistematik məlumat verir. Belə ki, iyulda İqtisadi Təhlükəsizlik Bürosunun əməkdaşlarının Kiyev vilayətində 6 yeraltı qumar obyekti, avqustda Kiyevdə 13, dekabrda isə 33 paytaxt kazinosu aşkar etdiyi bildirilirdi. Deputat Jeleznyakın 2023-cü ilin fevralında qeyd etdiyi kimi, demək olar ki, bütün qumar biznesi səkkiz özəl və bir dövlət bankının köməyindən istifadə edərək kölgədə işləyir. Mütəxəssislər paytaxtda və ətraf rayonlarda hərbi vəziyyət şəraitində və səfərbərlikdən yayınmaya görə cəzaların sərtləşdirilməsi ilə bağlı yeni tədbirlərin müzakirəsi fonunda onlarla kazinonun gecə-gündüz fəaliyyətini davam etdirməsinə xüsusi diqqət yetirirlər.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR