İnsanlara hürriyət, millətlərə istiqlal!

Ueyn Runi Azərbaycana gəlir

1884 31.08.2023 19:49 İdman A A

MLS təmsilçisi "DC Yunayted"in baş məşqçisi Ueyn Runi Bakıya gəlir.

Bu barədə İdman.biz-ə etibarlı mənbədən məlumat verilib. Etibarlı mənbə qeyd edir ki, Ueyn Runinin Azərbaycanlı dostu dekabr ayında ölkəmizin şimal bölgəsinə qonaq gətirəcək. Səfər istirahət məqsədi daşıyır, burda hər hansı iş görüşməsi nəzərdə tutulmayıb. Ueyn Runi hazırda MLS təmsilçisi "DC Yunayted"in baş məşqçisidir, onun komandası hazırda turnir cədvəlində 30 xalla onuncu sırada qərarlaşıb. Runi futbolçu karyerası dövründə "Everton", "Mançester Yunayted" kimi klublarda çıxış edib. O eyni zamanda 2003-2018-ci illərdə İngiltərə millisinin də şərəfini qoruyub.

Qeyd edək ki, ölkəmizdə bundan əvvəl Zlatan İbrahimoviç, Mixail Ballak, Rikardo Quarejma kimi ulduz futbolçular istirahət məqsədilə qonaq olublar.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR