İnsanlara hürriyət, millətlərə istiqlal!

UEFA Ermənistan millisinə qarşı istintaqa başladı

922 15.09.2023 18:38 İdman A A

UEFA Ermənistan milli komandasının məşqçisi Aleksandr Petrakova və Ermənistan Futbol Federasiyasına qarşı intizam işi açıb.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bu barədə qurumun rəsmi saytı məlumat yayıb.

Buna 2024-cü il Avropa çempionatının seçmə mərhələsinin 6-cı turunda Xorvatiya millisi ilə İrəvandakı oyunda baş verən hadisələr səbəb olub. İlk öncə, baş məşqçi matçın başlanmasını gecikdirməkdə ittiham olunur.

Ermənistan Futbol Federasiyasına qarşı isə “stadionda ictimai keçidlərin bağlanması, təxribat xarakterli mesajlar yayılması, pirotexniki vasitələr və oyunun gec başlaması” ilə bağlı ittihamlar irəli sürülüb.

Xatırladaq ki, birinci hissənin sonunda meydançaya üzərində Qarabağ separatçılarının əski parçası olan dron buraxılıb. Tərəfdarlar onun meydana çıxmasını alqışlarla qarşılayıblar. Oyun bu səbəbdən bir neçə dəqiqə yarımçıq kəsilib.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR