İnsanlara hürriyət, millətlərə istiqlal!

Kaladze İvanişvili iqtidarının müdafiəsində - "Xarici qüvvələr..."

672 11.07.2026 19:30 Dünya A A

“Xarici qüvvələr ölkəni öz maraqlarını təmin etmək üçün istifadə etmək məqsədilə Gürcüstanda hökuməti dəyişdirməyə cəhd etməyə davam edirlər”.

Musavat.com xarici mediaya istinadla xəbər verir ki, bu sözləi hakim "Gürcü Arzusu – Demokratik Gürcüstan" partiyasının baş katibi və Tiflis meri Kaxa Kaladze jurnalistlərlə söhbətində deyib.

Bir zamanlar məşhur futbolçu olan və müdafiə xəttində çıxış edən K.Kaladze bu dəfə liderlərindən biri olduğu partiyanın iqtidarının müdafiəsində dayanaraq bildirib: "Həmişə xarici qüvvələrin iştirakı ilə çevrilişlər, qütbləşmənin dərinləşməsi və sair cəhdlər olub. Bu, kənardan tətbiq edilib və buna külli miqdarda pul xərclənib. Onlar mövcud hökuməti öz agentləri ilə əvəz etməyə çalışmağa davam edirlər. Biz onların bunu niyə istədiklərini bilirik. Onlar ölkəmizdən öz maraqları üçün istifadə etməlidirlər".

Mer Kaladze  2025-ci il 4 oktyabrında - yerli seçkilər günündə sabotaj üçün silah və partlayıcı maddələr əldə etməkdə ittiham olunan bir vətəndaşı 10 iyulda saxlayan Gürcüstan Dövlət Təhlükəsizlik Xidmətinin işini yüksək qiymətləndirib. “Müvafiq istintaq orqanları ən yaxşı vəziyyətdədir. Bir sıra məhkəmə proseslərinin və hər şeyin necə planlaşdırıldığının şahidi olduq. Kampaniya bir neçə ay idi ki, davam edirdi; onlar (iğtişaşçılar – red) inqilaba hazırlaşdıqlarını bildirirdilər. Oktyabrın 4-də onlar bunu həyata keçirməyə başladılar. Müvafiq qurumlar profilaktik tədbirlər həyata keçirdilər”, - Kaladze bildirib.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR