İnsanlara hürriyət, millətlərə istiqlal!

Üç yaşlı uşaq günlərlə Rusiya meşəsində ac-susuz qaldı – VİDEO

996 04.08.2022 04:45 Hadisə A A

Rusiyanın Voloqda vilayətinin Velikoustyuqski rayonunda 3 gün öncə yoxa çıxan uşaq kənddən 7 km aralıda meşədə sağ-salamat tapılıb.

Bu barədə RF İstintaq Komitəsinin region üzrə istintaq idarəsindən bildirilib.

Uşaq ümumi hipotermiya və susuzluq diaqnozu ilə rayon xəstəxanasına yerləşdirilib, həkimlər uşağın vəziyyətinin qənaətbəxş olduğunu, həyat və sağlamlığı üçün heç bir təhlükə olmadığını bildiriblər.

Qeyd edək ki, uşaq avqustun 1-də itkin düşüb. Valideynlərinin sözlərinə görə, uşaq evin həyətində gəzirmiş və saat 17:00-dan sonra yoxa çıxıb. Bundan əvvəl ailə üzvlər mənzilin pəncərəsindən onu izləyiblər.

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR