Hindistanlı Sarvagya Sinx Kuşvaxa FIDE-nin rəsmi reytinqinə düşən ən gənc şahmatçı kimi dünya rekordunu yeniləyib.
Musavat.com xəbər verir ki, rekord qeydə alınanda onun cəmi 3 yaşı 7 ayı 20 günü var idi, bu, əvvəlki göstəricidən bir ay daha azdır.
FIDE reytinqi almaq üçün şahmatçı ən azı reytinqli bir rəqib üzərində qələbə qazanmalıdır. Kiçik Kuşvaxa isə dərhal üç reytinqli oyunçunu məğlub edib.
Uşaq bağçasına gedən bu balaca istedad artıq 1572 rapid reytinqinə sahibdir. Rapid üzrə dünya lideri isə 2824 xalla Maqnus Karlsendir.
Valideynləri oğullarının istedadını tam dəstəkləyir və ümid edirlər ki, gələcəkdə o, qrossmeyster adını qazanacaq.
Musavat.com






