İnsanlara hürriyət, millətlərə istiqlal!

“Twitter” istifadəçilərinin əksəriyyəti Maskın istefasını tələb edir

921 19.12.2022 17:33 Texnologiya A A

Amerikalı ixtiraçı-milyarder İlon Mask yeni aldığı “Twitter” korporasiyasının rəhbəri postunda qalıb-qalmaması ilə bağlı adıçəkilən sosial platformada sorğu keçirib.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, “Twitter” istifadəçilərinin əksəriyyəti İlon Maskın baş direktor vəzifəsindən getməsini istəyib.

Maraqlıdır ki, iş adamı sorğudan əvvəl onun nəticələrini rəhbər tutacağına söz verib. O, hələlik səsvermənin nəticələrinə reaksiya göstərməyib.

Sorğuda 17,5 milyona yaxın istifadəçi iştirak edib, onların 57%-dən çoxu İlon Maskın istefasına səs verib.

Qeyd edək ki, sorğu oktyabr ayında Maskın sosial şəbəkəni almasından sonra “Twitter”lə bağlı çoxsaylı qalmaqallar fonunda keçirilib. Bir gün əvvəl korporasiyanın “Facebook” və “Instagram” da daxil olmaqla, digər sosial şəbəkələrdə öz hesablarına keçid verən istifadəçilərin hesablarını bloklayacağı barədə açıqlaması bir çox istifadəçini qəzəbləndirmişdi. Sonradan bu elan “Twitter”dən silindi və Mask üzr istəməyə məcbur oldu.

Xatırladaq ki, İlon Mask bundan öncə də “Twitter”in rəhbəri kimi artıq bir neçə dəfə sorğu keçirib və əksəriyyətin iradəsini yerinə yetirib. Məsələn, o, istifadəçilərin istəyi ilə ABŞ-ın keçmiş prezidenti Donald Trampın hesabını bərpa edib. Lakin Tramp artıq “Twitter”dən istifadə etmədiyini dəfələrlə açıqlayıb.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR