İnsanlara hürriyət, millətlərə istiqlal!

Türkmənistanda Azərbaycan Mədəniyyəti Günləri “Tağıyev: Neft” bədii filminin nümayişi ilə başlanıb FOTO

229 05.06.2026 12:07 Mədəniyyət A A

5-7 iyun tarixlərində Türkmənistanda Azərbaycan Mədəniyyəti Günləri keçirilir. Bu münasibətlə mədəniyyət naziri Adil Kərimlinin rəhbərliyi ilə Azərbaycanın mədəniyyət, elm və ədəbiyyat xadimləri, incəsənət ustaları və bədii kollektivlərindən ibarət geniş nümayəndə heyəti qardaş ölkəyə səfər edib.

Azərbaycan Mədəniyyəti Günləri Türkmənistan Mədəniyyət Nazirliyi “Kinovideoxidmət” Birliyinin “Aşqabad” Kinoteatrında “Tağıyev: Neft” tammetrajlı bədii filminin nümayişi başlanıb.

Tədbirdə Azərbaycan mədəniyyət nazirinin müavini Murad Hüseynov, Türkmənistan mədəniyyət nazirinin müavini Nursəhet Şirimov iki ölkənin Mədəniyyət nazirliklərinin məsul nümayəndələri mədəniyyət xadimləri, ictimaiyyət nümayəndələri və media mənsubları iştirak ediblər.

Əvvəlcə çıxış edən “Türkmənfilm”in baş direktorunun müavini Sahısaleh Bayramov Azərbaycan nümayəndə heyətini səmimiyyətlə salamlayıb. Türkmənistanda Azərbaycan Mədəniyyəti Günlərini əlamətdar hadisə kimi dəyərləndirən S.Bayramov bu kimi mədəni təşəbbüslərin iki ölkənin qardaş xalqlarının daha da yaxınlaşmasına vəsilə olacağını bildirib.

Azərbaycan mədəniyyət nazirinin müşaviri Orxan Sadıqov çıxış edərək ölkəmizin mədəni zənginliklərinin qardaş Türkmənistanda təqdim edilməsindən məmnunluğunu bildirib. Qeyd olunub ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədovun siyasi iradəsi sayəsində iki ölkə arasında əlaqələr mədəniyyət sahəsində də uğurla inkişaf edir. Ötən ilin oktyabr ayında Azərbaycanda Türkmənistan Mədəniyyəti Günlərinin yüksək səviyyədə keçirildiyini deyən nazir müavini qardaş türkmən xalqının çoxəsrlik mədəni mirasının yaddaşlarda dərin iz qoyduğunu diqqətə çatdırıb.

Azərbaycan ilə Türkmənistan arasında mədəni əməkdaşlığın daha da möhkəmlənəcəyinə ümidvar olduğunu bildirən nazirin müşaviri nümayəndə heyətinə göstərilən yüksək qonaqpərvərliyə görə Türkmənistan tərəfinə minnətdarlıq edib.

Sonra “Tağıyev: Neft” tammetrajlı bədii filmi haqqında məlumat verilib. Bildirilib ki, ekran əsəri Heydər Əliyev Fondu, Mədəniyyət Nazirliyi və Azərbaycan Respublikası Kino Agentliyinin dəstəyi ilə Bakı Media Mərkəzi tərəfindən lentə alınıb. Kinolent milyonçu, böyük xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin həyat yoluna həsr olunan çoxseriyalı “Tağıyev” filminin ilk seriyasıdır.

Filmin baş prodüseri Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyeva, prodüseri Orman Əliyev, rejissoru Zaur Qasımlı, ssenari müəllifləri İsmayıl İman, Asif İsgəndərli və Zaur Qasımlı, operatoru Vladimir Artemyev, rəssamı Səbuhi Atababayev, geyim rəssamı Vüsal Rəhim, bəstəkarı Etibar Əsədlidir. Xalq artistləri Pərviz Məmmədrzayev (Tağıyev), Qurban İsmayılov, Əməkdar artistlər Rasim Cəfər, Elşən Rüstəmov və Natəvan Hacıyeva daxil olmaqla geniş peşəkar aktyor heyəti filmdə tarixi personajları canlandırıblar.
Sonra ekran əsəri nümayiş olunub. XIX əsrin sonları – XX əsrin əvvəllərində Bakıda və ölkəmizin regionlarında baş verən mühüm tarixi-mədəni hadisələrin yer aldığı film böyük maraqla qarşılanıb.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR