İnsanlara hürriyət, millətlərə istiqlal!

Türkmənistan ən böyük qaz yatağına ərəbləri cəlb edir

774 07.01.2024 13:06 Son xəbər A A

“Türkmənqaz” və Əbu-Dabi Milli Neft Şirkəti (ADNOC) Türkmənistanın ən böyük qaz yatağı olan “Qalkınış”ın işlənməsi üzrə əməkdaşlığa dair anlaşma memorandumu imzalayıb.

Musavat.com-un məlumatına görə, “Neytral Türkmənistan” rəsmi qəzeti xəbər verir ki, sənəd Türkmənistan Xalq Şurasının sədri Qurbanqulu Berdiməhəmmədovun BƏƏ-yə səfərinin yekunları üzrə imzalanıb.

Nəşr yazır ki, memorandum tərəflərin “Qalkınış” yatağının üçüncü mərhələsinin işlənməsinə strateji tərəfdaşlar cəlb etmək niyyətini, yataqdan hasil olunacaq qazı region ölkələri və digər bazarlara çatdıracaq qaz kəməri infrastrukturunun tikintisi üçün enerji layihələrinin həyata keçirilməsində mümkün iştirakını nəzərdə tutur. Şirkətlər daha bir memorandum imzalayıblar və ona əsasən atmosferə metan tullantılarının azaldılması sahəsində elmi-texniki və iqtisadi qarşılıqlı faydalı əməkdaşlığın potensial imkanlarını öyrənəcəklər.

Səfər çərçivəsində Berdiməhəmmədov “Dragon Oil” şirkətinin direktorlar şurasının sədri Seyid əl Tayer ilə görüşüb. Şirkət 2000-ci ildən Xəzər dənizinin Türkmənistan şelfində işləyir. Qəzet qeyd edir ki, Berdiməhəmmədov görüş zamanı BƏƏ-dən olan tərəfdaşları və investorları qaz kəməri infrastrukturunun tikintisi üçün yeni enerji layihələrinin həyata keçirilməsində iştirak etməyə dəvət edib. Görüşün nəticəsi olaraq “Türkmənnebit” (Türkmənnebit) dövlət konserni ilə “Dragon Oil” arasında anlaşma memorandumu imzalanıb, onun məzmunu açıqlanmır.

Qeyd edək ki, Türkmənistandakı “Qalkınış” yatağı 2013-cü ildən istismar olunur. Sahəsi 5 min kvadratkilometrdən çoxdur. Yatağın çıxarıla bilən ehtiyatları 27,4 trilyonkubmetr qiymətləndirilir. Hazırda yatağın ikinci mərhələsinin işlənməsi planlaşdırılır ki, bu da Türkmənistan qazının Çinə tədarükünün 40 milyard kubmetrdən 60 milyardkubmetrə çatdırılmasını nəzərdə tutur. Üçüncü mərhələnin işlənməsinin TAPİ qaz kəməri (Türkmənistan - Əfqanıstan - Pakistan - Hindistan) vasitəsilə tədarük mənbəyinə çevriləcəyi gözlənilir.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR