İnsanlara hürriyət, millətlərə istiqlal!

Türklər parlamentdə təhqir olundu – Dərhal üzr istədilər

1734 18.05.2024 17:50 Dünya A A

Radikal sağçı siyasətçi Andre Venturanın sözləri Portuqaliya parlamentində müzakirələrə səbəb olub.

"Çeqa" partiyasının lideri Ventura Portuqaliya hökumətinin bu həftə elan etdiyi yeni Lissabon hava limanının 10 ildən az müddətdə tikilməli olduğunu bildirib.

İstanbul hava limanını misal göstərən siyasətçi türkləri "tənbəl" adlandırıb:

"Türklər dünyanın ən zəhmətkeş xalqları arasında deyil, amma İstanbul hava limanını 5 ildə tikdilər. Biz niyə limanın tikintisinə 10 il vaxt sərf eləməliyik?"

Venturadan sonra çıxış edən deputat Fabian Fiqeyredo həmkarının sözlərinə görə türklərdən üzr istəyib: "Parlament çərçivəsində belə ümumiləşdirmələr aparıla bilməz. Türkiyə səfirindən üzr istəyirəm".

Solçu deputatlar da parlament sədri Xose Pedro Aqiyar-Brankodan Venturanın sözlərini qınamasını istəyiblər. Ancaq spiker deputatların senzuraya məruz qala bilməyəcəklərini söyləyərək, bunun demokratik olmadığını qeyd edib.

"Çeqa"populist ritorika ilə fəaliyyət göstərən radikal millətçi partiyadır. Miqrant əleyhdarı olduğu da bilinən "Çeqa" bu ritorika ilə son seçkilərdə 50 mandat qazanaraq Portuqaliyanın üçüncü ən böyük siyasi partiyası olub./teleqraf.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR