İnsanlara hürriyət, millətlərə istiqlal!

Türkiyənin yanımızda olmayan iqtidarları - Ərdoğana görə narahatlığımızın tək səbəbi

1273 21.02.2023 12:51 Siyasət A A

Türkiyədə mayın 14-nə təyin edilmiş prezident və parlament seçkilərinin vaxtını dəyişməklə bağlı ortaq fikir hələ ki yoxdur. Müxalifət seçkilərin vaxtında, uzağı 18 iyunda keçirilməsində israrlıdır. Gələn son məlumatlara görə, deyəsən, hökumət də tarixi dəyişməməyə meyllidir.

Budəfəki seçkilərdə də əsas mübarizənin Ərdoğanla Qərbin hər cür dəstək verməyə hazır olduğu müxalifətin ən şanslı namizədi arasında gedəcəyi şübhəsizdir.  

Seçkilərə təbii ki, Azərbaycanda da maraq böyükdür, bəlkə də elə qardaş ölkədəki qədərdir. Bu da səbəbsiz deyil. “Başına gələn başmaqçı olar...” Hər halda, Azərbaycan xalqı müstəqillik dövründə Ərdoğana (AKP) qədər olan Türkiyə iqtidarlarının da bizə münasibətini yaxşı xatırlayır, AKP-nin də. 

“Azərbaycan türkləri narahatdır ki, Ərdoğandan sonra Türkiyə ən kritik anda gedib başqa bloka qoşular”.

Ərdoğan getsə, Türkiyənin boyutu dəyişəcək, kiçiləcək, böyük projelər yarım  qalacaq" - Rauf Arifoğlu

Bunu “TV Müsavat”ın efirində, “Yeni Müsavat” Media Qrupunun rəhbəri Rauf Arifoğlunun moderatorluğu ilə yayımlanan “Dərin Təhlil” verilişində R.Arifoğlu bildirib.

Onun sözlərinə görə, hazırda Azərbaycanın yardımı ilə bağlı, Azərbaycan-Türkiyə qardaşlığının zəlzələ sınağından çıxması, dağılmaq əvəzinə, daha da güclənməsini gördük: “Bu baxımdan, bəzi səslərdən və tendensiyalardan narahatıq. Bizi izləyən türkiyəli tamaşaçılar səmimi şəkildə azərbaycanlıların baxışını görsünlər. Sevimli qardaş və bacılarımız, biz sevgi obyektimiz olan Türkiyədən son 30 ildə ilk dəfə Ərdoğanın timsalında gerçək qardaşlıq gördük. Türkiyə xalqı hər zaman yanımızda olub. Amma Türkiyə iqtidarları heç zaman yanımızda olmayıb. Bu tarixi bilirəm. 92-93-cü illərdə döyüşməyə gələn könüllülər gizlənərək, Türkiyə hökumətindən yayınaraq, qaçaq gəlmişdilər. Bu, ilk dəfədir”.

R.Arifoğluna görə, hazırda ölkədəki təlaşlı durumun səbəbi də budur: “Azərbaycan türkləri narahatdır ki, Ərdoğandan sonra bu zehniyyət, bu fikir dəyişər. Azərbaycanın ən kritik anında Türkiyə gedib başqa bloka qoşular. Necə ki, Dəmirəlin vaxtında ermənilərə taxıl vermişdilər, bu narahatlıq var”.

Eks baş nazir Pənah Hüseyn Qazinin intih@rına belə reaksiya verdi - YouTube

Pənah Hüseyn: “Türk cəmiyyəti onunla yola davam qərarı verəcək”

AXP sədri, sabiq baş nazir Pənah Hüseyn seçkilərin vaxtında keçirilmə ehtimallarını daha yüksək görür: “Əlbəttə ki, Türkiyənin narahatlığı bizim də narahatlığımızdır. Orada yaşanan daxili proseslər bizim tərəfdən başqa ölkələr daxilində yaşananlar kimi təbii ki, qəbul oluna bilməz. Münasibətlərimizin tərkib hissəsi kimi meydana çıxır. Hesab edirəm ki, elan olunmuş vaxtda, yəni ya mayın 14-də, ya da iyunun 18-də seçkilərin keçirilməsi ehtimalı daha yüksəkdir. Bu günə qədər gəldiyim qənaət budur ki, bütün problemlərə baxmayaraq, Tayyib Ərdoğan bu seçkilərdə qalib gələcək. Türk cəmiyyəti onunla yola davam qərarı verəcək. Təbii ki, Türkiyə vətəndaşları tam şəkildə ədalətli, demokratik seçkilərdə kimi seçəcəksə, o da qəbul olunacaq”.

VHP sədri, deputat Sabir Rüstəmxanlı öncəliklə seçkilərlə paralel gedən zəlzələ müzakirələrinə toxundu: “Şübhəsiz ki, baş verən bu gözlənilməz, son əsrdə kütləvi insan itkisi ilə müşahidə olunan belə bir faciə olmayıb. Hətta dünyada belə müzakirələr gedir ki, bu zəlzələdir, yoxsa süni şəkildə yaradılmış bir hadisədir. Bunun mümkün olub-olmaması, hansı ölkədə bunu törədə biləcək silahların olması kimi məsələlər müzakirə olunur. Bu zəlzələdən sonra bölgədə siyasi münasibətlərdə, hətta dünya ölkələrinin münasibətlərində dəyişikliklərin yaranması zəruri idi. Başqa cür də mümkün deyildi. Çünki bu faciəni dünya görür və şahidi olur ki, müharibələr, didişmələr belə faciələrin yanında əslində heç nədir. Türkiyə çox böyük sarsıntı keçirir, qardaş ölkəni bu faciə uzun illər geriyə atdı. Ailələr dağıldı, 200 minə yaxın yaralı var, qolunu, ayaqlarıni itirənlər və s. var. Bunun tramvası hələ uzun illər çəkəcək. Gözlərimizin yaşı qurumur və o insanların talelərini düşünürük. Amma təəssüflər olsun ki, Türkiyədə fürsətçi qüvvələr var, bu faciədən istifadə edib iqtidara, hətta orduya belə dil uzadanlar var. Halbuki qardaş ölkə əlindən nə gəldisə etdi, dünyanın 75-dən çox ölkəsi yardım etdi. Seçkilərə gəlincə, martın əvvəllərində məlum olacaq ki, seçkilər deyilən vaxtda olacaq ya yox. Öz həyatını, rahatlığını, yaxınlarını itirən insanlar var, zəlzələdən zərər görənlərin yerləşdirilməsi hazırda əsas vəzifələrdən biridir. Bu faciə elə bir ağır şeylərdir ki, məncə, bunun yanında seçki gərək bir az arxa plana keçsin. Təbii ki, burada maraqlı qüvvələr də var ki, hər şeydən istifadə etməyə çalışırlar, bir sıra ittihamlar səsləndirirlər. Ərdoğanın vaxtında hakimiyyətə gəlmədiyini deyirlər, binaların zəif tikildiyini önə çəkirlər. Amma binaların axı hamısı Ərdoğanın vaxtında tikilməyib. Bunlar mübahisələri məsələlərdir. Doğrudur, Ərdoğan iqtidarı çox çətin durumdadır, ağır faciələrlə üz-üzədir. Cümhuriyyətin bu il yüz illiyidir. Bunu dilə gətirmək belə mümkün deyil. Belə bir vəziyyətdə iqtidarı küncə sıxışdırıb, təcili seçki keçirib hakimiyyətə gəlmək istəyənlər var. Doğrudur, bu qarışıqlıqdan hakimiyyət də istifadə etməyə çalışır. Düşüncəmə görə, bu seçkilər ertələnəcək. Ən azından bir il yubadacaqlar”.

Sabir Rüstəmxanlı: "Azərbaycanla Türkiyə bir dövlət idealı ilə yaşamalıdır"

Sabir Rüstəmxanlı: “Türkiyədə fürsətçi qüvvələr faciədən istifadə edib iqtidara, hətta orduya belə dil uzadır”

S.Rüstəmxanlı Ərdoğanın qalmasından yanadır: “Hesab edirəm ki, dəyişiklik olarsa belə, Türkiyə ilə Azərbaycanın münasibətləri dəyişilməyəcək. Qardaşlıq münasibətləri davam edəcək. Amma unutmayaq ki, Ərdoğanla Azərbaycan Prezidentinin xüsusi münasibətləri, dostluq, özlərinin dediyi kimi, qardaşlıq münasibətləri var. O hansı səviyyədə davam edə bilər, bu barədə indidən bir şey deyə bilmərəm. Şəxslərdən çox şey asılıdır. Vaxtilə yadınızdadır ki, Süleyman Dəmirəl bir vertolyot belə verməmişdi. Amma Ərdoğan ürəklə Azərbaycana kömək etdi. Şəxsən mən növbəti dönəmdə Azərbaycanın Qarabağ məsələsi ilə əlaqədar beynəlxalq aləmin üstümüzə gəldiyi vaxtda bu siyasətin dəyişilməsinin tərəfdarı deyiləm. Çox şeylərin içərisində Ərdoğan var. O, bir çox prosesləri yaxşı bilir. Belə bir vəziyyətdə təbii ki, onun dəyişilməsini istəməzdim. Amma son sözü türk xalqı deyil. Qardaş xalq necə bir seçim edəcəksə, biz ona hörmətlə yanaşacağıq”.

Millət vəkili Fərəc Quliyev 60 illik yubileyini keçirib - Fotolar

Fərəc Quliyev: “Ərdoğan və onun komandasına bir daha şans verilməlidir”

MDHP rəhbəri, sabiq deputat Fərəc Quliyev isə hesab edir ki, Türkiyədə yeni iqtidar belə hakimiyyətə gəlsə, Azərbaycana qarşı münasibət dəyişməyəcək. O, bunun üçün bir neçə səbəblər görür: “Bilirsiniz, iqtidarın seçkilərə getmək məsələsi ki var, bu daha çox müxalifətin davranışlarından sonra ortaya qoyulmuş bir mövqe oldu. Yəni gedirsinizsə gedək. Əgər müxalifət seçkilərin ertələnməsini istəsəydi, hər halda, iqtidar da bu qədər israrlı olmazdı. Ona görə ki, azından çox böyük bir faciə baş verib. Türkiyə gəlirinin 10 faizini verən bir ərazi darmadağın oldu. İndi bunun bərpa olunması, yaraların sarılması zamanıdır. Cənab Ərdoğan da, onun köməkçisi Fuad Oqtay da müxalifətə müraciət etmişdilər ki, birlikdə əlimizi daşın altına qoyaq. Bu məsuliyyət və hüquq bölgüsü idi. Belə hallar olur. Məsələn, biz 44 günlük müharibədə bunu Azərbaycanda yaşadıq. Sizin də partiya, bizimki də hakimiyyətlə birlikdə ortaq bəyanatlar verdik, başqa siyasi tələblər ortalıqda olmadı. Türkiyədə də indiki vaxtda buna ehtiyac var idi. Amma təəssüflər olsun ki, müxalifət orada fürsətcil davrandı. Təbii ki, bizlər Türkiyənin daxili işlərinə qarışmırıq. Seçim necə olacaqsa, bu iradəyə hörmətlə yanaşılacaq. Düşünürəm ki, yeni iqtidar orada formalaşsa belə, Azərbaycanla münasibətlərdə ciddi dəyişiklik olmayacaq. Çünki son illərdə bu münasibətlər o qədər sıxlaşdı ki, yeni iqtidar dəyişməyə cəhd edərsə, növbəti dönəm üçün iqtidarını itirə bilər. Bu iki qardaş ölkənin münasibətləri qarışıqlı şəkildə faydalıdır, birtərəfli deyil. Zəlzələdə Azərbaycanın etdiyi yardımlar, xalqımızın fədakarlığı bunu sübut etdi. Ərdoğan bu oturuşmuş məsələdə elə bir siyasət yürüdüb ki, özündən əvvəlkilər bunu etməmişdilər. Onların arzuladıqlarını Cənab Ərdoğan etdi. Bu reallıqdır. Türk Dövlətləri Təşkilatının yaradılmasında da Cənab Ərdoğanın xarizması mühüm rol oynadı. Siyasətdə liderin xarizması çox şeyi həll edir. Bir məsələni də unutmayaq. Yeni iqtidarların oturuşmuş sistemə uyğunlaşmaları üçün bir müddət vaxt keçir. Azından bir fasilə yaranır. Bu fasilə də təbii ki, ölkəmizə sərf etməyəcək. Çox hərəkətli bir bölgədə yerləşirik. Ümumiləşdirərək, deyə bilərəm ki, indiki siyasət dəyişməyəcək. Amma indiki iqtidar səviyyəsində də yeni iqtidar siyasətini apara bilməyəcək. Biz bilmirik ki, indiki gələnlər hansı komanda, hansı zehniyyətlə gələcəklər. Türkiyənin seçdiyi müttəfiqlik münasibətlərinə yeni baxış olacaqmı? Bu da ayrıca bir sualdır. İstənilən halda Azərbaycan üçün indi əsas olan Cənab Ərdoğanın iş başında olmasıdır. Əslində Türkiyənin özü üçün də bu sərfəli olardı. Ərdoğan və onun komandasına bir daha şans verilməlidir. Bu, sadəcə, iki qardaş ölkənin da xeyrinə olardı”.

Cavanşir ABBASLI,
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR