İnsanlara hürriyət, millətlərə istiqlal!

Türkiyənin Şanlıurfa şəhərində partlayış, xəsarət alanlar var - FOTO

537 04.12.2022 16:28 Hadisə A A

Türkiyənin Şanlıurfa şəhərinin Akçakale rayonunda bazar günü altımərtəbəli yaşayış binasının birinci mərtəbəsində partlayış baş verib.

Musavat.com Trend-ə istinadən xəbər verir ki, partlayış nəticəsində 4 nəfər xəsarət alıb.

Məlumata əsasən, partlayışın baş verdiyi binanın birinci mərtəbəsində iş yerləri olub. Partlayış dalğasından binanın bir neçə divarı qismən uçub, qonşu binalarda şüşələr qırılıb, küçədə dayanan avtomobillərə ziyan dəyib.

Partlayışla bağlı araşdırma aparılır. Hadisənin səbəbləri araşdırılır.

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR