Yaxın Şərqdə gərginlik daha da artır.
Musavat.com xəbər verir ki, İsrailin energetika naziri Eli Koen Türkiyənin Suriyada hərbi bazalar yaratmasına imkan verməyəcəklərini bəyan edib.
Nazir bildirib ki, əgər Türkiyə Suriya ərazisində hərbi bazalar yaratsa, İsrail də buna cavab olaraq Suriyada öz hərbi bazalarını yaratmaq üçün addımlar atacaq.
“Türkiyə Suriyada bazalar yaradarsa, biz də Suriya ərazisində bazalar yaratmaq üçün addımlar atacağıq”, – deyə Koen vurğulayıb.
Musavat.com






