İnsanlara hürriyət, millətlərə istiqlal!

Türkiyənin "KAAN"ı Ermənistanın müttəfiqlərini silkələdi: Ümid "AMCA"ya qaldı

1366 06.04.2024 21:53 Dünya A A

Türkiyədən 4600 kilometr uzaqlıqda yerləşən ölkənin Bayraktar TB2 PUA-larını vurmaq üçün raket hazırladığına dair açıqlama hər kəsi şoka salıb.

Hindistanın baş naziri Modi Milli Döyüş Təyyarəsi “KAAN”ın havaya qalxmasından sonra yerli 5-ci nəsil təyyarə layihəsi olan “AMCA”nı sürətləndirib. O, eyni zamanda Türk PUA-larına qarşı effektiv mübarizə üçün yeni sistemlər hazırlayır.

ABŞ-İsrail siyasətlərinin təsiri ilə Türkiyəni əhatə etmə strategiyasında iştirak edən Hindistan rəhbərliyi Yunanıstan, Cənubi Kipr və Ermənistanla təmaslarını artıraraq bu ölkələrlə müdafiə müqavilələri imzalayıb.

Hipersəs qanadlı raketi "Brahmos"u Afinaya çatdırmaq üçün təmaslarını davam etdirən Modi bir müddət əvvəl Ermənistana hava hücumundan müdafiə raketi "Akaş" göndərib.

Hindistan mediası ölkədə yerli istehsal edilən bu raketlərin daha təkmil versiyasının istehsal edildiyini açıqlayıb. 18 kilometr yüksəkliyə qədər təsirli olduğu iddia edilən və 30-35 kilometr məsafədəki hədəfləri vuran “Akaş” raketinin sınaq görüntüləri yayımlanıb.

Hindistan qüvvələri bu raketlə Pakistanın inventarında olan türk PUA-ları ilə mübarizə aparmağı hədəfləyir./Publika.az

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR