İnsanlara hürriyət, millətlərə istiqlal!

Türkiyənin ən zəngin 5 aktyoru - FOTOLAR

3038 27.02.2024 16:58 Şou-biznes A A

Məşhur aktyorların var-dövləti və hər bölüm üçün nə qədər qazandıqları həmişə maraq mövzusu olub. Dəbdəbəli həyatları ilə diqqət çəkən 5 aktyorun sərvəti bəlli olub.

Musavat.com xəbər verir ki, dünyaca məşhur ulduzların sərvətlərini açıqlayan "Celebsrevealed.com"da Türkiyənin ən zəngin 5 aktyoru yer alıb.

Sayt bu dəfə türk aktyorların sərvətini açıqlayıb. 

Serenay Sarıkaya 

412620969-375689588342920-342311.jpg (264 KB)

"Lale Devri", "Medcezir", "Fi" və son olaraq "Aile" kimi seriallarda rol alan Serenay Sarıkaya siyahıda beşinci yerdə qərarlaşıb.

Sarıkayanın sərvəti 186 milyon TL-dir.

Hande Erçel

427492379-1129118141599782-36946.jpg (214 KB)

Hakan Sabancı ilə sevgili olan Hande Erçel siyahının dördüncü pilləsində qərarlaşıb.

Hande Erçel 249 milyon TL sərvətə sahibdir.

Can Yaman 

424427591-1079166213285310-25542.jpg (163 KB)

Siyahıda üçüncü yerdə isə Can Yaman yer alıb.

Hazırda aktyorluq karyerasını İtaliyada davam etdirən Yamanın sərvəti 10 milyon dollardır.

Məryəm Uzərli

427618113-403366125696767-560265.jpg (207 KB)

Siyahının ikinci pilləsində “Muhteşem Yüzyıl” serialı ilə adından söz etdirən aktrisa Meryem Üzərli qərarlaşıb.

Üzərlinin sərvəti 10 milyon dollardır.

Kıvanç Tatlıtuğ

411804281-750137096953374-895330.jpg (133 KB)

Sonuncu dəfə “Aile” serialında çəkilən yaraşıqlı aktyor Kıvanç Tatlıtuğun 15 milyon dollar sərvəti var.

O, serial və filmlərlə yanaşı, bir çox reklamlarda da rol alır.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR