İnsanlara hürriyət, millətlərə istiqlal!

Türkiyənin 2 milyardlıq layihəsi ilə bağlı MÜHÜM AÇIQLAMA - 2028-ci ildə... FOTO

1254 16.05.2024 15:04 Region A A

Türkiyə KAAN milli döyüş təyyarəsinin yaradılması layihəsinə ümumilikdə 2 milyard dollar xərcləyib.

Musavat.com "Dünya.com"a istinadən xəbər verir ki, bu barədə Türkiyənin Aviasiya və Kosmos Sənayesi şirkətinin (TÜSAŞ) baş direktoru Temel Kotil jurnalistlərə bildirib.

Şirkətin baş direktoru qeyd edib ki, türk qırıcısının xüsusiyyətləri "F-35"dən üstündür.

Onun sözlərinə görə, "F-35" 6 ton, KAAN isə 10 tona qədər sursat daşıya bilir və daha səmərəli mühərrikə malikdir.

T.Kotil qeyd edib ki, KAAN ancaq Amerikanın "F-22" qırıcısı ilə müqayisə oluna bilər. Baş direktor təyyarənin qiymətini açıqlamasa da, bir ədəd "F-35"in 130 milyon dollar olduğunu xatırladıb.

Kotil bildirib ki, TÜSAŞ 2028-ci ildə Hərbi Hava Qüvvələrinə 20 KAAN qırıcısı təhvil verməyi, gələcəkdə isə yüzlərlə bu təyyarədən istehsal etməyi planlaşdırır. 

Xatırladaq ki, KAAN Türkiyənin ilk milli döyüş təyyarəsidir. Türkiyə bu təyyarələri ABŞ-ın "F-22" və "F-35" qırıcılarına alternativ olaraq istehsal edib. Təyyarə fevralın 21-də ilk uçuşunu uğurla həyata keçirib.

Müxtəlif mənbələrə görə, təyyarə 13 dəqiqə havada olub, 420 km/saatdan çox sürət yığıb və 2,4 min m hündürlüyə qalxıb.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR