İnsanlara hürriyət, millətlərə istiqlal!

Türkiyəli model seçkidə namizədliyini irəli sürdü - FOTO

806 28.02.2024 23:45 Şou-biznes A A

Türkiyənin Diyarbəkir vilayətində modelliklə məşğul olan Siburq Sarsılmaz adlı qadın kənd icma sədrliyinə namizədliyini irəli sürüb.

Bağlar rayonunun Kaynar məhəlləsindən namizəd olan model bunu həmcinsləri üçün etdiyini qeyd edib.

Siburq Sarsılmaz qadınları içində olduqları vəziyyətdən xilas etmək üçün bu qərara gəldiyini bildirib. O vurğulayıb ki, qadınların yenidən güc qazanmaları üçün səy göstərməyi özünə hədəf seçib.

Model sosial şəbəkədə seçkiqabağı vədlər verib və məhəlləsində yaşayan vətəndaşlara müraciət edib.

“Səsinizə namizədəm”, - o deyib.

Qeyd edək ki, Türkiyədə martın 31-də baş tutacaq yerli seçkilərdə vilayət və rayon bələdiyyə sədrliyi ilə yanaşı kənd icma sədrliyinə də seçkilər keçiriləcək.//Oxu.az 

426146172_1631613204316943_3173642964826448054_n (1).jpg (45 KB)

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR