İnsanlara hürriyət, millətlərə istiqlal!

Türkiyəli millət vəkilinin şəhidlərlə bağlı çıxışı qalmaqala səbəb oldu - VİDEO

1178 08.01.2023 17:40 Gündəm A A

Türkiyədə HDP siyahısından millət vəkili seçilən, daha sonra Türkiyə İşçi Partiyasına keçən siyasətçi Barış Atay qatıldığı proqramda şəhid polislərlə bağlı çıxışı sərt reaksiyalara səbəb olub. 

Musavat.com xəbər verir ki, çıxışı zamanı şəhid olan polislərə "onlar edam edildi" deməsi zaldakı insanları qəzəbləndirib.

Zaldakı insanların sərt reaksiyası ilə qarılaşan siyasətçi daha sonra "tamam şəhid olsun, rahat oldunuzmu?", -deyə çıxışına düzəliş edib. 

Daha sonra Barış Atay çıxışına belə davam edib: "Dostlar, şəhid hərfi mənada Allah yolunda cihad edərkən qeyri-müsəlmanlar tərəfindən öldürülən deməkdir. Cihaddasınız, dostlar?"

BARIŞ ATAY KİMDİR?

Barış Atay 1981-ci ildə Almaniyada anadan olub və 1999-cu ilə qədər Antakyanın Mengüllü şəhərində yaşayıb. O, bakalavr təhsilinə Çukurova Universitetinin Biologiya fakültəsində başlayıb, lakin teatra olan həvəsi və istedadı səbəbindən universitetin son ilində təhsilini yarımçıq qoyub. İstanbula gedərək Yeditəpə Universiteti Teatr Fakültəsi imtahanlarını verib və bu universitetin teatr fakültəsini bitirib. 2011-ci ildə Kadir Has Universitetində Kino-TV üzrə magistr təhsilinə başlayıb. Atay ilk dəfə Hacı və Şöhrət serialında oynayıb. Kavuk və Zincirbozan filmlərində də rol alıb. O, Arka Sıradakiler serialında canlandırdığı Saffet obrazı ilə diqqət çəkib. Barış Atay 2018-ci ildə Türkiyədə keçirilən ümumi seçkilərdə Xalqların Demokratik Partiyasından deputatlığa namizəd olub. 24 iyun 2018-ci il seçkilərinin nəticələrinə görə Hatay millət vəkili seçilib. 11 oktyabr 2018-ci ildə Türkiyə İşçi Partiyasına üzv olub.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR