İnsanlara hürriyət, millətlərə istiqlal!

Türkiyəli millət vəkili: “Bu dəfə ikiqat “Dəmir Yumruq” başlarına endiriləcək”

1328 27.04.2023 19:17 Gündəm A A

Bu günlərdə Ermənistanda İrəvan Respublika meydanında qondarma soyqırımla bağlı ermənilər yenə öz cılızlıqlarını nümayiş etdirdilər. Yürüş zamanı yenə də ənənələrinə sadiq qalıb Azərbaycan və Türkiyə bayraqlarını yandırdılar.

Türkiyə Böyük Millət Məclisinin (TBMM) deputatı, Mərmərə Qrupu Strateji və Sosial Araşdırmalar Vəqfinin sədr müavini Şamil Ayrım Musavat.com-a açlqlamasında bu kimi cəhdləri məhz ermənilərin son çırpınışları kimi dəyərləndirir:

“Bilirsiniz ki, 24 aprel Ermənistanda sözdə “soyqırımı” olaraq qəbul edilir. Hər ilin həmin günü ermənilər mütləq ki, hansısa bir hadisə törətməkdə maraqlı olurlar. Bu il də İrəvanda Azərbaycan və Türkiyə bayraqlarını yandırdılar. Və ən əsası, onların siyasi iqtidarı da buna şərait yaratdı, icazə verdi. Bu hadisələrlə əlaqədar Ermənistan hökuməti hər şeyə hazırlıqlı olmalıdır. Ermnilər 24 aprel tarixini, uydurma “soyqırımı” tez-tez dünyanın gündəliyinə gətirməklə bir çox parlamentlərdə türklər tərəfindən soyqırım edilməsi ilə bağlı qərar qəbul etdirməyə çalışırlar. Halbuki belə bir şey yoxdur. Bununla bağlı 15 aprel 2005-ci ildə Rəcəb Tayyib Ərdoğanın Ermənistan prezidenti Robert Köçəryana məktubu da var.

Həmin məktubda 1915-ci il həmin dövrün hadisələrini araşdırmaq üçün birgə Komissiya yaradılması təklifini rəsmən diqqətə çatdırıb. Məktubda "bu, siyasətçilərin deyil, birbaşa tarixçilərin və elm adamlarının işidir",-deyə bildirilib. Və elm adamlarından ibarət heyət yaradıb, dünyadakı ermənilərlə bağlı bütün arxivləri araşdırılması təklif edilib. Təəssüf ki, həmin məktuba cavab verilməyib.

O gündən bu günə kimi də Türkiyənin bu mövzu barədə duruşu heç vaxt dəyişmədi. Ancaq bunu deyə bilərəm ki, Azərbaycanın 44 günlük Vətən müharibəsindən sonra biz dünyaya nümunə olacaq dostluq, qardaşlıq və müttəfiqlik nümayiş etdiririk. Bu da çox önəmlidir. Bu müttəfiqlik münasibətləri Türk dünyasında yaxşı mənada hərəkətliliyə səbəb oldu. Allah şəhidlərə rəhmət etsin, Azərbaycan öz torpaqlarını geri aldı amma hələ də kağız üzərində həll etməli olduğumuz çox işimiz var. Bir sözlə yatarkən də ayıq olmalıyıq, çünki ermənilər sanki öz torpaqları əldən getmiş kimi hay-həşir qoparırlar. Hər platformada bunu daha geniş auditoriyaya çatdırmaq istəyirlər. Azərbaycanla Türkiyə gücünü dünyaya göstərib. Azərbaycanın gücü Türkiyənin gücü, Türkiyənin gücü Azərbaycanı gücü deyimi ictimaiətimizi motivasiya etdi deyə bilərik. Bundan əlavə Türkiyənin pilotsuz uçuş aparatları (PUA) istehsal edən "Baykar" şirkəti Azərbaycanda fəaliyyətə başlayıb. Bu Ermənistanın son çırpınışlarldlr. Ermənistan tərəfi bunu anlamalıdır ki, Vətən Müharibəsi zamanı “Dəmir Yumruq” necə başlarına endisə, bu dəfə onların başlarına ikiqat “Dəmir Yumruq” endiriləcək.

Türkiyədə yaşayan erməni vətəndaşları var, bizim onlarla işimiz yoxdur, Ermənistanda yaşayan ermənilərlə də işimiz yoxdur. Bizim işimiz idarəçilərlədir, bizim onlarla mübarizəmiz davam edəcək. Hər şeyin bir səbri var, çox irəli getsələr, hədlərini bildirəcəyik. Azərbaycanı çox yaxından izləyirəm, son dərəcə irəlini görən idarəçilik sistemi var. İnanıram ki, Azərbaycan və Türkiyə gücləndikcə biz onların arzularını qursaqlarında qoyacağıq!

Ermənistan Avropaya meyillənib, amma ora gedən yolumuzda məhz Türkiyənin olduğunu qəbul edir. Yəni, Ankarasız Avropaya giriş olmadığını anlayır.

Etdikləri bunca ədəbsizlik az deyilmiş kimi, Avropaya viza kimi Ankaradan istifadə etməyə çalışması barədə də danışan türkiyəli millət vəkili bidiirb ki, zamanı gəldiyində "Dəmir Yumruq" zərbəsinin yenidən özünü göstərəcək:

“2010-cu ildən etibarən Ermənistan hay-həşir salaraq sərhədlərin açılması üçün inad edir. Lakin, həmin il Cənab Rəcəb Tayyib Ərdoğanın Azərbaycan Milli Məclisində çıxışı oldu. Həmin çıxışı zamanı, Azərbaycan torpaqları işğaldan geri alınmadıqca, Türkiyə Ermənistanla sərhədləri açılmayacağı bildirildi. Bu gün gəldiyimiz nöqtədə isə əsas şərt olaraq Zəngəzur dəhlizi məsələsidir ki, hələ də aktualdır. Türkiyə dəfələrlə bildirib ki, Zəngəzur dəhlizi açılmayana qədər sərhədlər açılmayacaq. Bununla bağlı hər hansı müsbət cavab görməsək, Türkiyə tərəfindən də addım olmayacaq. Əslində, Ermənistanla sərhədlərin açılması istiqamətində bütün hazırlıqlar tamamdır, lakin bayraq yandırmalar, əsgərlərin öldürülməsi, eləcə də 10 noyabr 2020-ci il müqaviləsinin şərtlərinə əməl edilmədikcə biz də işləri ağırdan alacağıq. Türkiyə hələ ki, səbr edir, amma hər şeyin bir həddi var. Əsas məsələ Azərbaycan və Türkiyənin heç bir politik səhv etməməsidir, olduqca ağıllı siyasət yürüdürük. Biz 6 ölkə - Azərbaycan, Türkiyə, Gürcüstan, Rusiya, İran və Ermənbistan olaraq bölgəyə sülh gətirməliyik. Hər ölkənin torpaqları özlərinə bəs edir. Amma qonşu ölkənin torpaqlarında gözü olmaq bizim qəbul edəcəyimiz şey deyil. Türkiyə olaraq bu coğrafiyada buna imkan da vermərik, Azərbaycan da icazə verməz. İnşallah digər ölkələrin də ağılları başlarına gələr. Burada İran mövzusu da çox önəmlidir. O da ümid edirik ki, zamanla bizimlə eyni mövqeyə gələcək. 30 ildir Ermənistanla ticarət edən bir İrandan söhbət edirik, bir çox da mənfəətləri də var. İran tərəfindən baxsaq, uzun illərdir embarqo tətbiq edilən bir ölkədir.

İnanırıq ki, önümüzdəki zamanlarda müsəlman ölkəsi kimi İran daha ağıllı politika güdəcək. Biz Azərbaycan və Türkiyə olaraq heç bir qonşu ölkə ilə dava və müharibə istəmirik. Amma bizim üzərimizdən oynamalarına da icazə vermərik. Bu onsuz da mümkün deyik. Hər şeyin zamanı var, zamanı gəldiyində o dəmir yumruq özünü yenidən göstərəcək”.

Dürrə Həsənova,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR