İnsanlara hürriyət, millətlərə istiqlal!

Türkiyəli astronavtın Yerə dönüşü təxirə salınıb

732 03.02.2024 10:42 Dünya A A

Aralarında Türkiyənin ilk astronavtı Alper Gezeravcının da olduğu "Dragon" Kosmik gəmisi və Axiom-3 (Ax-3) komandasının Yer kürəsinə qayıdışı təxirə salınıb.

"Report" xəbər verir ki, bununla bağlı "SpaceX" özünün X sosial media hesabında açıqlama verib.

Açıqlamada, "Dragon" və Ax-3 ekipajının Florida sahillərindəki uyğun olmayan hava şəraiti səbəbindən fevralın 5-dən əvvəl İSS-i tərk etməyəcəkləri bildirilib.

Bəyanatda o da qeyd edilib ki, komandalar BKS-dən yola düşmə planları ilə bağlı hava şəraitini izləməyə davam edəcəklər.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR