DÇ-2026-ya hazırlaşan Türkiyə millisi növbəti yoxlama oyununda qüvvəsini sınayıb.
Mundial ərəfəsində keçirilən son oyunda Vinçentso Montellanın komandası Venesuela ilə qarşılaşıb.
ABŞ-nin Florida ştatında, “İnter Mayami” stadionunda baş tutan görüşdə “ay-ulduzlular” 2:1 hesabı ilə qalib gəliblər. Hesabı 13-cü dəqiqədə Gleiker Mendoza açsa da, qardaş ölkə təmsilçisi 44-cü dəqiqədə Barış Alper Yılmazın, 53-cü dəqiqədə Yunus Akgünün qolları ilə əzmkar qələbə qazanıb.
Xatırladaq ki, Türkiyə seçməsi D qrupunda ABŞ, Avstraliya və Paraqvay ilə mübarizə aparacaq. (fanat.az)






