İnsanlara hürriyət, millətlərə istiqlal!

Türkiyədə terror aktının qarşısı belə alındı - ŞOK MƏQAMLAR FOTO

921 19.04.2023 18:21 Son xəbər A A

İki ay əvvəl Konyada aksiyaya hazırlaşarkən ələ keçirilən PKK terrorçusu Gülda Bebek təşkilatdan aldığı təlimatla bazarın mərkəzində qaz balonu ilə hücum planlaşdırdığını etiraf edib.

Musavat.com türk mediasına istinadən xəbər verir ki, fevralın 23-də Konyada əməliyyata hazırlaşarkən ələ keçirildikdən sonra Diyarbəkirdə "silahlı terror təşkilatına üzv olmaq" ittihamı ilə həbs edilən qadın terrorçu haqqında istintaq davam edir.

Diyarbəkir Prokurorluğu tərəfindən aparılan istintaq çərçivəsində PKK-lı Gülda Bebek polisə ifadəsində 2022-ci ildə Türkiyəyə gəlməzdən 3 gün əvvəl İrandakı bir təşkilat üzvünün yanına getdiyini və bu şəxsin Konyada təşkilat üzvü tərəfindən qalacaq yerlə təmin olunacağını bildirib. Bir terror təşkilatı üzvü və tanış olduğu fərarilərlə keçən ilin avqust ayında İrandan Vana, oradan da Konyaya keçdiyini bildirib: "Sərhədi keçdikdən sonra səhərə qədər gəzdik. Qaçqınlarla və qaçaqmalçılarla dərə yatağında rastlaşdıq. Burada mikroavtobusa minib Vana gəldik. Məni iqamətgaha apardılar. 4-5 gün orada qaldıqdan sonra Suriya vətəndaşı olduğuma dair saxta vəsiqə aldım. Sonra mikroavtobusla Konyaya gəldim. Konyadakı başqa bir təşkilat üzvü ilə sosial şəbəkədə əlaqə saxladım. Bu şəxs məni sonradan tutulduğum evə yerləşdirdi. Mən bu adamla bir ay burada qaldım. PKK məni Konyada hərəkətə keçmək üçün göndərdi. Konyaya gələndə bir müddət evdən çıxmadım. Binadakılar məni tələbə kimi tanıyırdılar. Araşdırma üçün Konyada gəzməyə başladım. Şəhər mərkəzini gəzərkən bir bazarın girişində polisləri gördüm. Onlar gəlib bazarın girişində dayandılar. 3-4 gün bu ərazidə müşahidə apardım. Qaldığım evdə qaz balonunun dövriyyə sistemini qoşdum. Məqsədim onu torbaya qoyub bazarın girişində, polislərin yerləşdiyi yerə gedib orada partlatmaq idi. Ya mən kamikadze kimi özümü öldürməli, ya da partlayışdan sonra İraqa getməli idim. Deşifrə olunsaydım, tapança ilə intihar edəcəkdim".

Qeyd edilir ki, təşkilat üzvünün gizləndiyi ünvanda aparılan axtarışda silah da aşkar olunub. Əməliyyatda qadın terrorçu ilə əlaqədə olmaqda şübhəli bilinən 3 nəfər də saxlanılıb.

Nigar HƏSƏNLİ,
Musavat.com

WhatsApp Image 2023-04-19 at 17.10.33.jpeg (37 KB)

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR