İnsanlara hürriyət, millətlərə istiqlal!

Türkiyədə ŞOK ƏMƏLİYYAT: 250 narkotacir və 1 ton narkotik ələ keçdi - ANBAAN VİDEO

623 02.04.2024 16:05 Dünya A A

Türkiyənin 55 vilayətində əməliyyat keçirilib. 

Musavat.com xəbər verir ki, "Narkoçelik-10" əməliyyatı çərçivəsində 250 narkotacir saxlanılıb.

Sözügedən əməliyyat ilə bağlı Türkiyə Daxili İşlər Naziri Ali Yerlikaya açıqlama verib.

"Gənclərimizi zəhərləməyinizə əsla icazə verməyəcəyik. Sizi bir-bir tutmaq və məsuliyyətə cəlb etmək əzmindəyik", - deyə nazir bildirib.

Qeyd edək ki, əməliyyat nəticəsində 1 ton 19 kq narkotik vasitə və 1 milyon 23 min narkotik həb ələ keçirilib. Əməliyyatlarda 615 briqada, 1 542 şəxsi heyət və 35 narkotik axtarış iti iştirak edib.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR