İnsanlara hürriyət, millətlərə istiqlal!

Türkiyədə prezident seçkilərinin tarixi önə çəkilir? - Ərdoğandan AÇIQLAMA (VİDEO)

1362 05.01.2023 16:28 Gündəm A A

Türkiyədə prezident seçkilərinin tarixi dəyişdirilə bilər.

Musavat.com xəbər verir ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bu gün qatıldığı AK Partiya Genişləndirilmiş İl Başçıları Yığıncağında seçkilərlə bağlı mühüm açıqlamalar verib.

"Seçki tarixi mövsüm şərtlərinə görə bir az irəli çəkilə bilər. Bəlkə tarixi bir az irəli çəkərək yeniləyə bilərik",-deyə Türkiyə lideri bildirib. 

Ərdoğan son günlər ictimaiyyəti zəbt edən seçki tarixi ilə bağlı ritorikadan da danışıb.

İyun ayında keçirilməsi planlaşdırılan seçkilərin daha erkən keçirilə biləcəyini ifadə edən Ərdoğan bunları deyib: "Bütün xalqımızın böyük ümid və həyəcanla sizinlə birlikdə girdiyi 2023-cü il inşallah məhsuldar bir il olacaq. Biz yeni bir dövrün astanasındayıq. Mövsümi şərtləri nəzərə alsaq, tarixini irəli çəkərək yeniləyəcəyimiz 2023-cü il seçkilərinin əhəmiyyətini ən yaxşı siz bilirsiniz".

Qeyd edək ki, Türkiyədə prezident seçkiləri bu il iyunun 18-də keçirilməlidir.

Musavat.com 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR