İnsanlara hürriyət, millətlərə istiqlal!

Türkiyədə “Kukla” əməliyyatı: 353 nəfər həbs edildi - FOTOLAR

1340 20.06.2023 18:14 Kriminal A A

Türkiyə Daxili İşlər Nazirliyi 31 şəhərdə təşkilatlara silah dəstəyi təşkil edən 15 mafiya tipli mütəşəkkil cinayətkar dəstəyə qarşı geniş əməliyyata başlayıb.

Musavat.com Türkiyə mediasına istinadən xəbər verir ki, kod adı “Kukla” olan həmin əməliyyat zamanı 353 şübhəlinin saxlanıldığı açıqlanıb.

İstanbul, İzmir, Adana, Diyarbəkir, Konya daxil, 31 şəhəri əhatə edən əməliyyat zamanı 354 tapança, 7 uzunlüləli tapança, 93 tüfəng, 10 min 45 patron, 28 kəsici və deşici alət, 4 ballistik jilet, külli miqdarda sintetik həb, sintetik əczaçılıq məhsulları aşkar edilərək müsadirə edilib. 52 şübhəlinin tutulması istiqamətində araşdırmalar davam etdirilir.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR