İnsanlara hürriyət, millətlərə istiqlal!

Türkiyədə əlverişsiz hava şəraiti bir sıra fəsadlar törədib

496 19.11.2023 23:34 Hadisə A A

Panama bayrağı altında üzən və Türkiyənin Zonquldağ vilayətinin Ereğli limanında lövbər salan quru yük gəmisi fırtına səbəbindən iki hissəyə bölünüb.

Məlumata görə, gəminin sahilə doğru hərəkət edən hissəsi limanın beton divarlarına çırpılaraq sahildəki amfiteatra zərər vurub. Gəmi heyəti təxliyə edilib.

Qara dənizdə suyun səviyyəsinin yüksəlməsi səbəbindən Zonquldağda yerləşən bir cəza evindəki məhkumlar təxliyə edilib.

Yağan leysan yağışı Mərmərə dənizində də suyun səviyyəsini artırıb, nəticədə Yalova vilayətinin Çınarcık rayonunun sahilyanı ərazilərini su basıb. Yalovanın Delmece yaylasında isə qarın hündürlüyü 15 santimetrə çatıb.

Bəzi bölgələrdə elektrik enerjisinin verilişi dayandırılıb. Güclü qar ölkənin müxtəlif yerlərində magistral yollarda çətinliklər yaradıb.//Trend

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR